Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə elan etdiyi qrant müsabiqəsinin qaliblərindən biri olan “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyi “Şəhid ailələri ilə iş” adlı layihə çərçivəsində növbəti tədbirini 10 avqust 2025-ci il tarixində Füzuli şəhərində təşkil edib.
Layihənin rəhbəri Radə Abbas və layihə əməkdaşı Elnarə xanım Füzuli şəhərinə səfər edərək, tədbirin keçirildiyi Vətən uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinə inşa edilmiş Qəhrəmanlıq Parkında şəhid ailələri ilə görüşüblər.
Tədbirdə Füzuli Rayon İcra Hakimiyyəti Aparatının şöbə müdiri Seydi Nadirov, icra nümayəndəsi və şəhid Amil Hüseynovun həyat yoldaşı Xalisə Hüseynova da iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Radə Abbas iştirakçıları salamlayaraq, 08 avqust 2025-ci il tarixində Vaşinqtonda imzalanmış Sülh Müqaviləsi münasibətilə şəhid ailələrini və onların timsalında bütün Türk dünyasını təbrik edib. O, Azərbaycan xalqının qalib və rəşadətli ordusunun, həmçinin Müzəffər Ali Baş Komandanın xidmətlərini yüksək qiymətləndirib.
Görüşdə ümumilikdə 30-dan çox şəhid ailəsi, qazilər, rayon icra hakimiyyətinin nümayəndələri və ictimaiyyət üzvləri iştirak edib. Tədbir çərçivəsində şəhid ailələrinə layihə adından hədiyyələr təqdim olunub.
Şəhid anası Tamella Məmmədova tədbir zamanı layihə əməkdaşlarına müraciət edərək, “Siz gəldiniz, ürəyimə taqət gəldi,” – sözləri ilə təşəkkürünü bildirib.
Tədbir iştirakçılarının siyahısına aşağıdakı şəhid ailələrinin üzvləri daxildir:
Ofelya Həsənova
Tamella Məmmədova
Xalisə Məmmədova
Nazənin Əlihüseynova
Gülnarə Rəsulova
Zena Həmidova
Güleyşə Ayvazova
Vəsilə Baxışova
Gülnar Abışova
Reyhan Rəsulova
Sevinc Əhmədova
Fatma Cəfərova
Solmaz Cəfərova
Rəna Novruzova
Könül Vəliyeva
Adışirin Baxşəliyev
Zərifə Zamanova
Fərmanzadə Zahir
Qayıbov Ramil
Həsənov Akif
Tədbirdə iştirak edən digər şəxslər:
MVQSYİB-nin sədri və layihə rəhbəri Radə Abbas
Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov
Füzuli rayon şöbəsinin sədri Əbilov Səməd
Beyləqan şöbəsinin sədri Məmmədov Əlövsət
Beyləqan şöbəsinin sədr müavini Saməddin Rüstəmov
Sədr müavini Fərmanzadə Zahir
“İnkişafa Dəstək 2023 – İctimai Nəzarət Cəmiyyəti”nin Aran-Qarabağ üzrə regional mərkəzinin sədri Kamil Teymurov
Regional mətbuat xidmətinin rəhbəri Qədirov Elçin
Layihə rəhbəri tədbir zamanı bildirib ki, şəhid ailələri daha çox mənəvi dəstəyə ehtiyac duyurlar və belə görüşlər onların təsəllisi baxımından xüsusi önəm daşıyır.