image-rt-reklam
image-img-20240501-wa0021backend

Füzuli işığından işıq almaq – FOTOLAR

image-728x90

Azərbaycan Respublikasının Prezidentinin 24 yanvar 2024-cü il tarixli sərəncamına əsasən Azərbaycan şairi və mütəfəkkiri, İslam tarixi və fəlsəfi fikir tarixi, təsəvvüf ədəbiyyatında misilsiz xidmətləri olan Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinin ölkə və ölkə xaricində təntənəli şəkildə qeyd olunması haqqında tədbirlər planı hazırlanmış, ədibin ədəbi və elmi fəaliyyətinin, yaradıcılığının tanıdılması, araşdırılması istiqamətində tədbirlər həyata keçirilməyə başlanılmışdır.
Məhəmməd Füzuli Azərbaycan, fars, ərəb dillərində ölməz klassik poeziya örnəkləri yaradaraq, insan və onun ali dəyərlərini önə çıxaran, mənəvi dəyərlərinə xitab edən, daxili təbiətini vurğulayan məfhumlara bələd olaraq dərin ədəbi yaradıcılıq nümunələri yaratmışdır. Onun əsərlərində eşq, mənəviyyat, inam, əxlaq, bilik, elm, mədəniyyət kimi ali dəyərlərin sirrinə vaqif olur, fərqli prizmadan baxır, elmlə irfanın vəhdətinə şahid oluruq. Gənc nəsil tərəfindən Füzuli irsinə bələd olmaq və yaradıcılığının araşdırılmasına, yeniyetmələr arasında mədəni və mənəvi zövqün formalaşdırılmasına böyük ehtiyac duyulmaqdadır. Məhz bu səbəbdən bu ali missiyaya xidmət etmək, Füzuli yaradıcılığını şagirdlərə sevdirmək adına bir addım atıldı. 30 aprel tarixində BDU, İslamşünaslıq Elmi-Tədqiqat mərkəzinin aparıcı elmi işçisi, fil.ü.f.d., Yeganə Mirzəyevanın moderatorluğu ilə Bakı şəhəri, 17 saylı məktəbdə müəllim və şagirdlərlə görüş keçirildi. Füzuli irsi, əsərlərinə müraciət olunaraq nümunələrlə kiçik şərhlər edildi, müəllimlər və şagirdlərlə müzakirələr aparıldı. Füzuli qəlblərdə bir daha taxt qurdu. Şagirdlər şairin yaradıcılığından beytlər səsləndirdilər. Yeganə xanım Füzuli yaradıcılığının şərh üsulu ilə öyrənilməsinin vacibliyini, önəmini dönə-dönə vurğuladı və şərhləri auditoriyada böyük maraq yaratdı.
Füzulinin irfani görüşlərini anlamaq adına bu missiya növbəti məktəblərdə, növbəti görüşlərdə də uğurla davam etdiriləcəkdir.

Tədbirin təşkilində ADU, Azərbaycan dilçiliyi kafedrasının müəllimi Günel Ələkbərova, 17 saylı məktəbin rəhbərliyi, direktor Nazilə Əliyevaya, məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Əsmər Bolubəyliyə gənc nəslin elmə, təfəkkürə yönləndirilməsi istiqamətində atdıqları təqdirəlayiq addıma görə təşəkkür edilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90