Fransa Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək üçün hərəkətə keçib. Artıq rəsmi Paris İrəvana silah-sursat verməklə Cənubi Qafqaza nüfuz etmək istəyir.
“Fransa Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı deyil. Buna görə də rəsmi Paris İrəvana silah verir.”- bu fikirləri Real Televiziyasının efirində millət vəkili Cavanşir Feyziyev bildirib.
Millət vəkili qeyd edib ki, Fransa bölgədə gərginliyi artırmaq niyyətindədir.
“Nə Ermənistan, nə də Fransa Azərbaycan -Türkiyə birliyinin qarşısında dayana bilən deyil. Fransa Ermənistanı bu silahlandırmaqla onu iqtisadi lahiyələrdən kənarda qoyur.”-deyə millət vəkili Cavanşir Feyziyev bildirib.
Daha ətraflı videomatrealda: