image-rt-reklam
image-indirbackend

“Fransa yenə öz çirkin əməllərindən əl çəkmir”- Arzuman Muradlı

image-728x90

Son hadisələrin gedişatı göstərir ki, dünyada siyasət aləmində tərəfdaş amili əsasdır.  Tarix boyu planları analiz etdikdə görmək olar ki, sənədlər üzərində strateji tərəfdaşlar çox ola bilər. Amma əsl strateji tərəfdaş çətin anda sənin yanında olandır. Bu baxımdan Azərbaycanın yalnız bir strateji müttəfiqi var – Türkiyə! Əgər geostrateji rəqabət fonunda bizimlə yaxınlaşmaq istəyən başqa qüvvə olarsa, onunla əlaqələrimizi öz maraqlarımız əsasında qura bilərik.

Qərbin bizə qarşı yeni təzyiq metodlarından istifadə edəcəyi ehtimalını hesabdan silməyək. Buna görə də onların “yazıq ermənilər etnik təmizlənməyə məruz qalıb” şüarlarına layiqli cavab verilməlidir. Son günlər Fransa rəsmilərinin mütamadi Ermənistana səfərləri onu deməyə əsas verir ki, Fransa öz çirkin əməllərindən əl çəkmir.  Elə düşünməyək ki, Fransa kimi dövlətlər və ələlxüsus da separatçı tör-töküntülər dinc oturacaqlar. Yalan və böhtan kampaniyası, hətta sərhəd boyu təxribat əməllərinə hazır olmalıyıq. Beynəlxalq təşkilatlara elə təklif və arqumentlər irəli sürməliyik ki, onların hamısının səsi birdəfəlik kəsilsin. BMT müşahidə missiyasına real mənzərə gərəkli şəkildə göstərilməlidir ki, məkirli qüvvələr suveren ərazimizi mübahisəli və gərgin ocaq kimi təqdim edə bilməsinlər.

Biz dəfələrlə Qarabağı tərk edən ermənilərə “evlərinizi tərk etməyin, sizin təhlükəsizliyiniz və bütün hüquqlarınız tam şəkildə təmin olunacaq” demişik və bu, ən yetərli arqumentdir. ABŞ başda olmaqla Qərb dünyası erməniləri öz geostrateji mübarizəsində alət edərsə, onları müxtəlif təhriklərlə təxribata çəkərsə və Ermənistan hakimiyyəti də buna məmnuniyyətlə gedərsə, o zaman vəziyyətləri daha da ağırlaşacaq.

İstər Ermənistan və istərsə də bizim üçün ən yaxşı variant iki ölkə arasında sülh müqaviləsinin bağlanmasıdır. ABŞ və Avropa bölgəyə sülh və əmin-amanlıq gətirmək niyyətindədirlərsə, açıq şəkildə bu müqavilənin tərəfdarı kimi çıxış etməlidirlər. Əks halda, əlavə baş ağrıları gətirəcəkləri üçün onları bu məsələdən uzaqlaşdırmaq lazımdır. Bunu isə, region dövlətlərinin birgə səyləri nəticəsində həyata keçirmək olar.

Arzuman Muradlı

Politoloq

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90