image-rt-reklam
image-1backend

Fransa sərhədimizə əlavə qüvvə göndərmək istəyir – Əsl hədəf nədir?

image-728x90

Fransa Avropa İttifaqının Ermənistanda fəaliyyət göstərən müşahidə missiyasının tərkibinin genişləndiriləcəyinə ümid edir.

Ulusal.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barrot deyib.

“Ümid edirəm ki, orada (Ermənistanda) yerləşdirilən Aİ missiyası gərginliyi izləmək və yumşaltmaq üçün genişləndiriləcək”, – fransalı nazir bildirib.

Aİ-nin Ermənistanda Azərbaycanla sərhəd bölgələrinə yerləşdirilən müşahidə missiyasının əslində Qərb ölkələrinin regiondakı qeyri-rəsmi hərbi qüvvəsi olaraq fəaliyyət göstərdiyi məlumdur. Avropalı hərbçilər “müşahidə missiyası” adı altında Azərbaycana qarşı fəaliyyət göstərir, eləcə də onların İranla sərhəddə kəşfiyyat məlumatları topladığına dair məlumatlar var. Görünür, mövcud qüvvələrin sayı Fransanı qane etmədiyi üçün bölgəyə əlavə qüvvə göndərmək niyyətindədir.publika.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90