image-rt-reklam
image-nesib-meclisdebackend

“Fransa kimi böyük dövlətin mülki şəxslərə qarşı cılız davranışı təəccüb doğurur”

image-728x90

“AZƏRTAC-n müxbirinin Şengen zonasına daxil olmasının bloklanması, qeyri-qanunidir və Fransa hakimiyyəti orqanlarının qərəzli yanaşmasıdır. İnsan haqqlarına, media azadlığına, fikir plüralizminə ziddir”.

Bunu Moderator.az-a açıqlamasıdna millət vəkili Nəsib Məhəməliyev bildirib. Millət vəkili qeyd edib ki, baş verənlər rəsmi Parisin qanun və mənəviyyata sığmayan siyasətindən xəbər verir:

“ Həmin jurnalist, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyinin təşkil etdiyi mühüm tədbirdə iştirak etməlidir. İqlim dəyişikliyi hansısa ölkənin lokal məsələsi deyil, bəşəriyyəti narahat edən ən ciddi problemlərdəndir. Amma Fransa tərəfindən girişinə qadağa qoyulur. Bu hadisə, Fransa kimi dövlətin, şəxsən prezident Makronun apardığı yanlış siyasətin nəticəsidir.

Fransa ilə Azərbaycan arasında uzun illər ərzində formalaşmış və hər iki ölkəni qane edən normal münasibətlər də, Makronun kobud səhvlərinə görə pozuldu. Dövlətlərarası gərginliyi haradasa, başa düşmək olar. Ancaq Fransa kimi böyük dövlətin, ayrı-ayrı mülki şəxslərə, indiki halda jurnalistə qarşı cılız davranışları, təəccüb doğurur. Ələlxüsus, bu ölkənin ərazisində çoxsaylı terrorçuların, müxtəlif dövlətlərə qarşı təzyiq vasitəsi olaraq istifadə olunan təşkilatlanmış separatçı qrupların bəsləndiyi heç kim üçün sirr deyil. Nəticə özünü çox gözlətmədi. Afrika ölkələrindən biabırçılıqla qovuldu. Yaxın Şərq siyasəti iflasa uğradı. Geosiyasi rəqabətdə Rusiyaya, Türkiyəyə uduzdu. Avropa Parlamentinə seçkilərdə fiasko, Yeni Kaledoniyada planlaşdırılan konstitusiya dəyişiklikləri baş tutmadı, hökumət daxilində koalisiya ortaqllğı pozuldu. Sarı jiletlilərin, fermerlərin qaldırdıqları problemlər həllini tapmadı. Bütün bunların kökündə, ikili standartlara söykənən, dini, irqi, etnik mənsubiyyətlərə görə aparılan selektiv, müstəmləkəçi siyasət durur”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90