image-rt-reklam
image-1backend

Fransa kəşfiyyatı qalmaqalda – VİDEO

image-728x90
“Observer onlıne” şok silsilə yazılar dərc etməyə başlayıb.

Müxtəlif dövlətlərin kəşfiyyat orqanlarının daxilindən sızan məlumatlar əsasında dövri araşdırmaçı məqalələrlə çıxış edən “Observer Online”nın 02 aprel 2024-cü ildə növbəti “Why are French intelligence officers fleeing the countries?” (Fransa kəşiyyatçıları ölkələrdən niyə qaçır) başlıqlı araşdırma yazısında çoxsaylı yeni və qaranlıq məsələlərə toxunub.

Qafqazinfo-nun məlumatına görə, yazıda Fransanın Azərbaycanda və digər dövlətlərdə üzləşdiyi məsələlərə eyham vuran saysız ipucular və sızmalar, digər dövlətlərin marağına səbəb olan Fransa kəşfiyyatının üsul və metodlarını açıqlayan məlumatlar sonuncuları sözün əsl mənasında təşvişə salıb.

Qeyd edək ki, Fransanın həmin strukturlarına yaxınlığı ilə bilinən “İntelligence Online” son zamanlar Azərbaycanla bağlı əsassız yazılara baş vurub.

Yazıda deyilir ki, Fransada erməni lobbisinin təşəbbüsləri və Afrikadakı uğursuzluqların fonunda yeni koloniya olmağa tam yarayan Ermənistan Fransa silahlarının satışı üçün cəlbedici bazar olub. Bitərəf müşahidəçilər bunu Qafqaz regionunda beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanla Ermənistan arasında bitmiş müharibənin alovlandırılması cəhdi və dayanıqlı sülhün bərqərar olmasına maneə kimi qiymətləndirir.

Belə ki, Azərbaycan nəinki müasir, çoxsaylı beynəlxalq konfranslara ev sahibliyi edən, zəngin təbii ehtiyatlarını müasir inkişafa transfer etmiş dayanıqlı iqtisadiyyata malik ölkədir. Əgər son on illər ərzində dünyada baş vermiş müharibələrdə heç bir tərəf qəti qalib olmayıbsa, Azərbaycan bu mövzuda yeganə istisnadır. O, 1990-cı illərdə işğal olunmuş və dünya tərəfindən tanınan suveren ərazilərini qonşu Ermənistan üzərində tam qələbə ilə qaytararaq, öz ərazi bütövlüyünü təmin edib və erməni qoşunlarının geriyə çəkilməsinə nail olub.

Təbii ki, belə şəraitdə uzun illər dost Azərbaycanda özünü rahat hiss edən, Asiyaya əl-qol açan, indi isə Azərbaycanın milli maraqlarına qarşı fəaliyyət göstərən Fransa kəşfiyyatının özünü sərbəst buraxmağa vərdiş etmiş nümayəndələri ifşa olunacaqdı. Qafqaz regionunun ən böyük gücü Azərbaycan isə geniş əks-kəşfiyyat və kəşfiyyat imkanlarına malik olan ölkədir, Fransa kəşfiyyatı agenturasına qarşı təbdirlər silsilə həbslər, “persona non grata”lar və digər tədbirlərlə müşayiət olunub.

Həbs olunanlardan biri olan Fransa vətəndaşına Azərbaycanda Britaniya vətəndaşlığı əldə etmək tapşırılıbmış.

Buraxılan səhvlərin pikində Fransada xarici kəşfiyyat orqanı DGSE rəhbəri və xarici işlər naziri vəzifəsindən azad edildi.

Ən maraqlısı isə Bakının indiyə kimi çox baş qoşmadığı, Azərbaycana və Azərbaycan üzərindən üçüncü ölkələrə qarşı fəaliyyət göstərən geniş kəşfiyyat şəbəkəsinin, onların üsul və metodlarının, beynəlxalq ictimaiyyət üçün şok effekti doğuracaq qanunsuz əməliyyatlarının, rüşvət və bazarlıqlarının, gizliliyə dair buraxılmış biabırçı səhvlərin üzə çıxması olub.

Azərbaycan və Fransa vətəndaşlarının casus kimi istifadə edilməsi ilə bağlı Azərbaycanda başlanılmış istintaq artıq müxtəlif nüfuzlu beynəlxalq təşkilatlara və regionlara da sirayət edir.

Məlum olur ki, vaxtilə yuxarıda qeyd edilən cinayətlərə yol vermiş kəşfiyyatçılarını Fransa sonradan gizlincə çoxsaylı ölkələrin təmsil olunduğu beynəlxalq təşkilatlara rəhbər postlara yerləşdirməyə nail olubmuş.

Onlardan biri Bakıda 2023-cü ilin dekabr ayında silsilə həbslər başlayan kimi Mərkəzi Asiyadakı beynəlxalq təşkilatın rəhbəri postunu başsız qoyub ilk reyslə Bişkek şəhərindən Fransaya qaçıb və bu aylar ərzində ona Fransadan çıxmağa Bakıda qeydə alınmış oyunlarının qorxusu mane olur

Xəfiyyələrin öz həyatlarını və əməliyyatlarını xatirə kitablarına yazması ilə kəşfiyyat sənətində yəqin ki, yeniliklərdəndir. Bu onlara ədalətsiz rəhbər məmurlara öz əməklərini gələcəkdə sübut etmək üçün dolayı bir vasitə imiş.

Yazılarını haradan aldığı məlum olan Fransanın “Intelligence Online” qəzeti demək olar ki artıq müntəzəm olaraq Azərbaycan mövzusunu yad etməyi unutmur.

Bəzən isə qəzet Fransa diplomatiyasının qapıları arxasında baş verən, əvvəl görmədiyi şok qalmaqallardan yazmaqdan da kənar qala bilmir.

Xüsusilə həssas bir dövrdə DGSE-nin cari fəaliyyətində beynəlxalq terrorizmə qarşı mübarizədə digər dövlətlərlə effektiv əməkdaşlıq niyyətləri hiss olunmur.

Müstəqil ekspertlər bunu ya terror təşkilatları ilə münasibətlərə dair səbəbli arxayınlıq, ya da iqtisadi-kolonial maraqların fonunda səbəbsiz laqeydlik kimi qiymətləndirir. Hər halda üçüncü ölkələrin ərazisindən İran və İsraili bir-birinin üstünə salan metodlarla məşğul olmağa vaxt olur.

Azərbaycan terrorçuluqla mübarizədə aktiv rolu olan, beynəlxalq terror təşkilatlarına qoşulmuş 500 nəfərdən çox şəxsi vətəndaşlığından məhrum etmək, İŞİD-in mühasiblərinin və digərlərinin həbsi kimi ciddi təcrübəyə malik, bu istiqamətdə beynəlxalq əməkdaşlıqda olan ölkədir.

Təbii ki, bu sferada beynəlxalq əməkdaşlıq istiqamətində atılan addımlar insanlığın qorunmasının tələbidir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90