image-rt-reklam
image-1200_0_1643030637-9518-1backend

Fransa hökuməti bütünlüklə istefa verdi – CNN

image-728x90

Ulusal.az xəbər verir ki, Fransada qanunvericilər baş nazir Fransua Bayru və onun hökumətinin istefasına səs veriblər. Bayruya etimadsızlıq göstərildi.

CNN-in məlumatına görə, bu qərar ölkəni yeni siyasi böhrana sürükləyir. İqtisadi təzyiqlərin və geosiyasi gərginliyin artdığı bir vaxtda Fransa hökumətsiz qalıb.

“Ümumilikdə 364 deputat Bayrunun əleyhinə səs verib, 194 deputat isə onun lehinə səs verib. İki bayramın ləğvi və dövlət xərclərinin dondurulması da daxil olmaqla, 44 milyard avroluq qənaət planı ilə bağlı çağırılan səsvermədə Bayruya qarşı səslər hökumətin istefası üçün lazım olan 280 həddi xeyli keçdi”, – deyə qeyd olunub.

Bayru hökuməti 9 ay hakimiyyətdə olub. Baş nazirin yaxın saatlarda istefa ərizəsini Prezident Emmanuel Makrona təqdim edəcəyi gözlənilir.

Gələcəkdə nə gözlənilir?

Ekspertlərin fikrincə, Bayrunun istefa ehtimalı hələ səsvermədən əvvəl Makron üzərində təzyiqləri artırmışdı. Lakin Prezident bildirib ki, səlahiyyət müddətini sona qədər davam etdirəcək.

İfrat sağçı lider Marin Le Pen parlamentin buraxılmasını tələb edir. Yeni seçkilər onun partiyasını gücləndirə, eyni zamanda parlamentdə parçalanmanı dərinləşdirə bilər. Makron üçün digər seçim isə yeni baş nazir təyin olunana qədər müvəqqəti hökumət formalaşdırmaqdır.

Mümkün namizədlər arasında Fransa Silahlı Qüvvələri naziri Sebastien Lekornu və ədliyyə naziri Jerald Darmanenin adı çəkilir.

Reuters isə Yelisey Sarayına istinadən yazır ki, Makron yaxın günlərdə yeni baş naziri təyin edəcək.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90