image-2000x150
image-33backend

“Fransa dünyada ən çox soyqırım həyata keçirən dövlətdir” – Arzuman Muradlı

image-728x90

“Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləmişdir. Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq”.

Ulusal.az xəbər verir ki, bu sözləri martın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxışında bildirib.

“Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq”, – deyə dövlət başçısı qeyd edib.

Ölkə başçısı Cənab İlham Əliyevin Fransanın soyqırım cinayətlərinə görə üzr istəməsinə münasibət bildiriən politoloq, “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı qeyd edib ki, dünyada soyqırım aktlarının çoxunu məhz Fransa həyata keçirib.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

“Fransa tarixində cinayətlərlə dolu səhifələr çoxdur. Baxmayaraq ki, bu ölkənin insanlığa xidmət etmiş çox böyük dahiləri olub, beynəlxalq münaqişlərin həllində başlıca hakim rolunu oynamaq istəyən rəsmi Paris ölkə tarixində törədilən silsilə cinayətlərdən nəticə çıxarmayıb. Fransa haqqa-ədalətə qarşı davranış və çıxışları ilə ölkənin müasir tarixində yeni cinayətlərin müəllifinə çevrilir. Fransa Şimali Afrika üzərində imperialist maraqlarını XVII əsrdən həyata keçirməyə başlayıb. Bu zaman milyonlarla insanı qətlə yetirib, minlərlə kənd və başqa yaşayış məntəqlərinin xarabalığa çevirib.” -deyə Arzuman Muradlı bildirib.

Arzuman Muradlı bildirib ki, Fransa Əlcəzairdə XVII əsrdən XIX əsrin 30-cu illərinədək 4 milyon nəfərdən çox, 1890-cı ildə isə 2 milyon 500 min insanı qətlə yetirib.

“Onlar yerli sakinləri ərəb kimliyindən və İslamdan imtina edərək Fransa təbəəliyini qəbul etməyə məcbur edirdilər. Bu şərti qəbul etməyənlər qətlə yetirilirdi. Xalqa ana dilində danışmaq, yazmaq, adət-ənənlərini təbliğ etmək qadağan edilmişdi. Silah gəzdirən, siyasi xarakterli söhbət, toplantı keçirmək istəyənlər yerindəcə güllələnirdi. Fransa bir əsrdən çox müddətdə Əlcəzairdə hər gün yüzlərlə insanı qətlə yetirməklə ən qəddar dövlətlərdən biri olaraq dünya tarixində yer tutub.” -deyə politoloq bildirib.

Arzuman Muradlı tariz boyu olduğu kimi, indi də Fransanın çirkin siyasət həyata keçirdiyini bildirib.

“Fransa özünü demokratiyanın beşiyi adlandırsada amma demokratik dəyərlər ayaqlar altına atılıb. Fransa hökuməti terror, soyqırım keçirən Ermənistanı dəstəkləməklə hansı siyasət yürütdüyünü bir daha bəyan edir” -deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90