image-rt-reklam
image-rubenbackend

“Forbes”ə görə Ermənistanın bir milyarderi var – O da DTX təcridxanasında

image-728x90

Ermənistan milyarderi, separatçı Ruben Vardanyanın sərvəti bir ildə 100 milyon dollar azalıb.

Ulusal.az xəbər verir ki, dollar milyarderlərinin 38-ci qlobal reytinqində o, 1,1 milyard dollar sərvəti ilə 2545-ci yeri tutub.

Ötən il isə 1,2 milyard dollar sərvəti ilə Vardanyan, reytinqdə 2259-cu idi.

Qeyd edək ki, Vardanyan “Forbes”in qlobal reytinqində Ermənistandan olan yeganə milyarderdir. Buna səbəb onun 2021-ci ildə Ermənistan pasportu alması, 2022-ci ildə isə Rusiya pasportundan imtina etməsidir. Bundan əvvəl Amerika jurnalı Vardanyanı rus milyarderləri sırasına daxil etmişdi.

Xatırladaq ki, Ruben Vardanyan hazırda DTX-da aparılan cinayət işi üzrə İstintaq təcridxanasında məhkəməsini gözləyir.Qafqazinfo

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90