Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ dövlət katibi Entoni Blikken arasında aparılan danışıqlarda Ankaranın mesajları dünya mətbuatının diqqətini çəkib.
Ulusal.az xəbər verir ki, Türkiyə nazirliyinin ofisində Qüdsdəki Məscidül-Əqsa və ulduz-ayparanı simvolizə edən fiqurlar görünüb.
Hakan və Blinken arasında danışıqlar bazar ertəsi Türkiyənin paytaxtında baş tutub. Onların görüşündən görüntülər dünya mediasında və sosial şəbəkələrdə geniş müzakirə olunur.
“Blinkenin kreslosunun yanına Məscidül-Əqsanın simvolu, ulduz-aypara qoyulub. Bu görüntülər İsrailin vəhşiliklərinə məhəl qoymayan ABŞ-a və o cümlədən dünyaya bir mesaj olub”, – “Sabah” nəşri yazır.
Blinkenin Ankarada soyuq qəbulu sosial şəbəkələrin Türkiyə seqmentində aktiv şəkildə müzakirə olunur, bəzi istifadəçilər amerikalı siyasətçinin “layiq olduğunu aldığını” düşünürlər. Dövlət katibi gecə saatlarında Türkiyənin paytaxtına gəlib. Sosial şəbəkə istifadəçiləri ABŞ-ın Ankaradakı səfirinin dövlət katibini əli cibində qarşıladığını da müşahidə ediblər.
Üstəlik, Blinken Fidanla əl sıxdıqdan sonra onu qucaqlamaq istəsə də, Türkiyə XİN rəhbəri nümayişkaranə surətdə bundan imtina edib.