Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülən 1999-cu ildən bəri yaşadığı ABŞ-ın Pensilvaniya ştatındakı yeni evindən çıxarkən görüntülənib.
Ulusal.az xəbər verir ki, “Anadolu Agentliyi” dronlar vasitəsilə çəkilmiş görüntüləri yayıb. Fotolarda görünür ki, F. Gülən qara rəngli “Mercedes”in ön oturacağında əyləşib.
Onun FETÖ-nün qərargahı kimi tanınan Saylosburq qəsəbəsindəki 260 Kennel Road, PA 18353 ünvanında yerləşən malikanədə qaldığı müəyyən edilib.
Əmlak saytlarına görə, 2008-ci ildə təxminən 12 sot torpaq üzərində tikilmiş evin 400 kvadratmetrə yaxın daxili sahədə 3 otaq və 4 tualeti var.
Həmin fotoları təqdim edirik: