image-rt-reklam
image-1backend

Fətullah Gülən malikanəsindən qaçırılıb? –”CNN Türk”dən iddia

image-728x90

Türkiyədə terrorçu kimi tanınan FETÖ təşkilatının rəhbəri, ABŞ-da yaşayan vaiz Fətullah Gülən Pensilvaniyadakı malikanəsindən qaçırıla və ya başqa yerə aparıla bilər.

Ulusal.az  bildirir ki, bu açıqlama ilə CNN Türk çıxış edib.

Mayın 30-da axşam saatlarında telekanalda yayımlanan məlumatın təsdiqi hələ ki, yoxdur. Türkiyə hakimiyyəti Güləni 2016-cı il iyulun 15-də dövlət çevrilişi cəhdinin və digər hökumət əleyhinə aksiyaların təşkilində ittiham edir.

“Hürriyet” qəzetinin Ankara ofisinin rəhbəri Hande Fıratın CNN Türk telekanalına verdiyi məlumata görə, sosial şəbəkələrdə yayılan videoda onun qardaşı oğlu əvvəlcə Gülənin qaçırıldığını iddia edib.

Daha sonra 83 yaşlı Gülənin rəhbərlik etdiyi təşkilatda hakimiyyət mübarizəsini təsvir edən məktub ortaya çıxıb. İddia olunur ki, o, aprel ayında təşkilatın yüksək səviyyəli nümayəndələri tərəfindən hipnoz altında oğurlanıb, yeni bir yerə aparılıb, yalnız məhdud dairələr üçün əlçatan olub. İyun ayında FETÖ-də daxili təyinatlar ənənəvi olaraq həyata keçirildiyi üçün məlumatlar indi sızdırılıb.

Təhlükəsizlik ekspertləri və media nümayəndələri “CNN Türk” də deyiblər ki, 100-dən çox ölkədə fəaliyyət göstərən FETÖ-nün illik dövriyyəsinin 200 milyard dollara yaxındır: “FETÖ-nün fəaliyyətinin miqyası və idarə olunan maliyyə axınlarını nəzərə alsaq, istənilən əməliyyat Gülənlə bağlı istənilən əməliyyat baş veribsə kəşfiyyat xidmətlərinin, bu halda CIA-nın iştirakı olmadan həyata keçirilə bilməzdi”, – deyə təhlükəsizlik üzrə ekspert Abdulla Ağar bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90