image-rt-reklam
image-1backend

FETÖ lideri Gülənin sağ olduğu iddia edilir: Ailəsi hələ də…

image-728x90

20 oktyabr 2024-cü ildə ölən FETÖ terror təşkilatının lideri Fətullah Gülənin Türkiyədəki rəsmi qeydlərdə hələ də sağ olduğu bildirilir.

Ulusal.az xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyi də ölümü təsdiqlədiyi halda müvafiq orqanlara rəsmi müraciət olunmadığı üçün bəzi mənbələrdə Gülənin sağ olduğu qeyd edilir.

Türkiyədə Daxili İşlər Nazirliyinin Əhali Məsələləri Baş İdarəsinin məlumatına görə, xaricdə ölüm halları olduqda, yaxınları yerli hakimiyyət orqanlarından aldıqları ölüm haqqında şəhadətnaməni xarici nümayəndəliklərə təqdim etməlidirlər.

Bu şəhadətnamə əsasında xarici nümayəndəliklər tərəfindən ailə reyestrində ölüm qeyd olunur. Lakin nə Gülənin ailəsinin, nə də FETÖ-çülərin bununla bağlı heç bir tədbir görmədiyi müəyyən edilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90