image-rt-reklam
image-1backend

FETÖ hədəfi dəyişdi: Londondan idarə olunan milyardlarla Türkiyəyə hücum edəcək

image-728x90

FETÖ terror təşkilatının lideri Fətullah Gülənin ölümündən sonra daha əvvəl təşkilatın ABŞ bölməsinə və pullara nəzarət edən Mustafa Özcanın yeni dirçəliş yolu hədəflədiyi iddia olunur.

Ulusal.az xəbər verir ki, bu barədə illərlə təşkilat daxilində fəaliyyət göstərmiş Ümid Akdemir açıqlama verib.

Onun sözlərinə görə, təşkilat Londondan idarə olunan 9 milyard dollarlıq fondla siyasət və ticarəti ələ keçirmək istəyir:

“Uğursuz olduqları hər nöqtə üçün yeni strategiya hazırlayıblar. Onlar indi təhsil, məhkəmə, hərbi çevriliş, polis və kəşfiyyat kimi qurumlara sızmaq və ya ələ keçirmək fikirlərindən qəti şəkildə uzaqlaşıblar. İqtidardan, müxalifətdən asılı olmayaraq, plan və layihələrlə bütün siyasi qurumlara sızmaq, təsir etmək və onları ələ keçirmək üçün yol xəritəsi müəyyənləşdiriblər.

Bu sahədə özündən heç bir iz buraxmayan insanlardan istifadə edəcəklər. Bunu bəzən pul, bəzən şantaj, bəzən müxtəlif qruplar, icmalar, ideoloji qurumlar vasitəsilə edirlər. Onların prioriteti FETÖ ilə güclü mübarizədə olanları gözdən salmaqdır. Bu da nəticə verməsə, sui-qəsd də daxil olmaqla, bütün üsulları sınayacaqlar.

Türkiyə daxilində qalan və çıxarıla bilməyən əmanətlərlə 9 milyard dollar vəsait ayrılıb. Büdcə Londondan idarə olunur. Biz dövlət və millət olaraq ayıq-sayıq olmalı, bu çirkin cəhdin qarşısını almalıyıq. Əks halda, iyulun 15-dən daha ağır bədəl ödəməli ola bilərik”.publika.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90