image-rt-reklam
image-_90443928_gulenfbackend

FETÖ-də qarşıdurma: Gülən tərəfdarları sosial şəbəkələrdə elə etiraflar edirlər ki…

image-728x90

ABŞ-da Fətullahçı Terror Təşkilatı (FETÖ) üzvlərinin aralarında yaranan mübahisələr zamanı sosial mediada paylaşdıqları etiraf xarakterli məlumatlar təşkilat daxilində çaxnaşma yaradıb.

Ulusal.az xəbər verir ki, bu, eyni zamanda qruplaşma lideri Fətullah Gülənin ekstradisiyasına zəmin yarada biləcək müzakirələri də başladıb. Polis Akademiyasının keçmiş müəllimi, FETÖ üzvü Öndər Aytaç təşkilatın öndə gedən adlarından olan və 25 ildir Fətullah Gülənin yanında olan Osman Şimşəkin sosial şəbəkədəki videosunda verdiyi açıqlamalara cavab olaraq bildirib ki, bu cür ifadələr dəlil kimi göstərilə və Gülənin ekstradisiyasına səbəb ola biləcək bir prosesə gətirib çıxara bilər.

FETÖ-nün önəmli simalarından olan və adı Türkiyə Daxili İşlər Nazirliyinin “qırmızı” siyahısında yer alan Aytaç iki həftə əvvəl Osman Şimşəkin 15 iyul çevriliş cəhdinin ildönümü ilə bağlı verdiyi açıqlamalarla bağlı “Tvitter” hesabında paylaşım etmişdi.

ABŞ-a qaçan Aytaç bildirib ki, Osman Şimşəyin böhtanları keçmiş “Zaman” qəzetinin əməkdaşı, FETÖ-çü Əhməd Dönmezin 35-40 seriyada danışdığı təşkilat daxilindəki davaların doğruluğunu sübut etməkdən başqa bir işə yaramır.

Terror lideri Gülənin hazırda olduğu düşərgədə əslində düşünüldüyü qədər təhlükəsiz vəziyyətdə olmadığını söyləyən Aytaç, təşkilat daxilindəki çaxnaşma və etibarsızlıq vəziyyətinin gəldiyi nöqtəni də bu ifadə ilə gözlər önünə sərib:

“Xüsusilə də yüksək vəzifəli kütlə mümkün ekstradisiya halında Hocaəfəndini susdurmaq üçün təşəbbüs göstərə bilər”.

ABŞ-da 15 iyul çevriliş cəhdi və maliyyə məsələləri ilə bağlı Gülənə ən yaxın adlar arasında gedən müzakirələr nəticəsində təşkilatdakı parçalanma aydınlaşarkən, Gülənin Cevdet Türkyolu tərəfindən döyüldüyünü iddia edən Osman Şimşək, çevriliş cəhdinin 7-ci ilində ilk dəfə bu mövzularda açıqlamalar verib.

Şimşək, Gülənin “hər şeyi bilə bilməyəcəyini, onun fikirlərini başqalarının da yönləndirə biləcəyini” vurğulamışdı. İlk dəfədir ki, Gülənə qarşı bu cür iddialar qruplaşmanın ən yüksək səviyyədən olan bir üzvü tərəfindən səsləndirilir.publika

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90