image-rt-reklam
image-1backend

FETÖ Baydendən kömək istəməyə hazırlaşır – ABŞ liderinə göndəriləcək məktubda nə yazılıb?

image-728x90

FETÖ terror təşkilatının ABŞ Prezidenti Co Baydenə məktub yazaraq Türkiyədən şikayətlənəcəyi, eləcə də təşkilat daxilindəki qarşıdurmanı aradan qaldırmaq üçün Baydendən kömək istəyəcəyi bildirilir.

Ulusal.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Məlumata görə, təşkilat üzvləri öz gündəmlərini dəyişmək üçün 15 iyul uğursuz çevriliş cəhdinin səkkizinci ildönümünə günlər qalmış sözügedən məktubu Baydenə təqdim edəcəklər.

Məktubda Türkiyə ilə ABŞ arasında ikitərəfli münasibətlərə müdaxilə cəhdinə diqqət çəkilir və Baydendən Türkiyə hökumətinə təzyiq göstərməsi istənilir. Məktubda təşkilat üzvlərinin Türkiyəyə qayıtmaq cəhdlərindən də söz açılır. Tələblərdən biri də Fətullahçı Terror Təşkilatına mənsub şəxslərin qeyd-şərtsiz azadlığa buraxılması və işlərinə qayıtmalarının təmin edilməsidir.Təşkilat üzvləri həmçinin Səlahəddin Dəmirtaş, Osman Kavala və Yüksel Yalçınkayanın Avropa İnsan Haqları Məhkəməsinin çıxardığı qərarlarla bağlı Türkiyə hökumətindən Baydenə şikayət edirlər.

Bildirilir ki, FETÖ üzvləri Co Baydenə yazdıqları məktubu hələ ki, paylaşmayıb. Təşkilat məktubu paylaşmazdan əvvəl imzatoplama kampaniyası təşkil etməyə başlayıb. FETÖ məktuba əlavə olunacaq imzaların sayını artırmaqla təşkilatın Bayden üzərində təsirini artırmağı hədəfləyir.“AzPolitika.info”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90