image-rt-reklam
image-1backend

FETO 9 il əvvəl baş tutmayan çevrilişin intiqamını almağa çalışır- Politoloqdan ŞOK açıqlama

image-728x90

“Son həbslər onu göstərir ki, Türkiyədə FETO-ya bağlı qruplar hələ tam neytrallaşdırılmayıb, hökumətə və prezidentə qarşı qiyam qaldırmaq istəyənlər hələ də var”.

Ulusal.az  bildirir ki, bu sözləri politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı danışarkən deyib. Politoloq qeyd edib ki, FETO 30-40 il ərzində dövlətin bütün strukturlarında yerləşib:

“FETO faktiki olaraq ordudan tutmuş, baş prokurorluğa qədər olan strukturlarda yerləşmişdi. Çevrilişdən 9 il vaxt keçməsinə baxmayaraq hələ də dövlət strukturlarında FETO şəbəkəsinə bağlı qrupların olduğu aşkara çıxır. Belə görünür ki, onlarla mübarizəyə hələ çox illər lazım gələcək.

Üstəlik də FETO şəbəkəsinin rəhbəri özü Amerikada olduğundan iplər onun əlindədir və yenə də şəbəkəni idarə etməyə çalışır. Baxmayaraq ki, Türkiyədə fəaliyyət imkanları xeyli məhdudlaşıdırlıb, amma yenə də bir sıra Avropa ölkələrində və Amerikada maliyyə imkanları, milyardlarla dollar vəsaitləri var. İndi bu pulları prezident Ərdoğan və digər dövlət rəsmilərinə qarşı yönəldilir, sanki 9 il əvvəl baş tutmayan çevrilişin intiqamını almağa çalışırlar”.

Xəbər verdiyimiz kimi, prezident Ərdoğan Türkiyədə çevriliş təhlükəsi ilə əlaqədar təcili iclas çağırıb.

Musavat.com-un məlumatına görə, Ərdoğan MİT sədri İbrahim Kalın və ədliyyə naziri Yılmaz Tunçu gecə yarısı bir araya toplayıb.

Gecə saatlarında keçirilən kritik toplantının əsas səbəbi “Ayhan Bora Kaplan” istintaqı çərçivəsində Ankara Polis İdarəsində 3 yüksək rütbəli şəxsin saxlanılması və daha sonra onlara qarşı cinayət işinin açılması olub.

Vəzifələrindən uzaqlaşdırlarn Ankara Polis rəis müavini Murat Çelik, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin müdiri Kerem Öner və müavini Şevket Dəmircanın evlərində dünən axşam prokurorluğun göstərişi ilə axtarış aparılıb.Musavat.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90