79 yaşında qaraciyər və böyrək çatışmazlığı səbəbindən həyatını itirən ustad sənətçi Ferdi Tayfur geriyə 86 mənzil, 7 villa, Marmarisdə bir yarımada və bir çox daşınmaz əmlak qoyub.
Ulusal.az “Haberler.com”a istinadən xəbər verir ki, Tayfurun təxminən 3 milyard lirə dəyərindəki mirası 5 övladı arasında bölüşdürüləcək.
Məlumata görə, hazırda Tayfurun sahib olduğu yarımadanın qiyməti ən azı 12 milyon dollar qiymətləndirilir.
Hesablamalara görə, hər bir övladı bu sərvətdən təxminən 600 milyon lirə alacaq.Musavat.com