image-rt-reklam
image-1backend

“Fənərbağça” və “Beşiktaş” ona görə “Qarabağ”ın qapısını döyüb

image-728x90

“Qarabağ”ın futbolçusu Leandro Andrade Türkiyə nəhənglərinin maraq dairəsinə düşüb.

Ulusal.az xəbər verir ki, bu iddia ilə Portuqaliyanın “A Bola” nəşri çıxış edib.

Mənbənin sözlərinə görə, “Beşiktaş” və “Fənərbağça” 24 yaşlı yarımmüdafiəçinin xidmətində maraqldıır. İstanbul təmsilçilərinin Kabo-Verdi millisinin üzvünün transferi ilə bağlı Azərbaycan çempionuna müraciət etdiyi də vurğulanıb.

Bildirilir ki, “Qarabağ” Andrade üçün onun müqaviləsində təzminat məbləğini – 4 milyon avronu tələb edib.

Bundan başqa, Rusiyanın 3 klubunun da futbolçunun xidmətində maraqlı olduğu qeyd olunub.

Qeyd edək ki, Andradenin “Qarabağ”la müqaviləsini müddəti 2027-ci ilin iyununa kimidir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90