Yeddinci çağırış Milli Məclisin bu gün keçirilən ilk plenar iclasında komitə sədrləri seçilib.
Ulusal.az xəbər verir ki, Böyük Quruluş Partiyasının (BDP) sədri Fazil Mustafa da etimad göstərilən deputatların arasındadır.
Fazil Mustafa böyük səs çoxluğu ilə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri seçilib. növbədənkənar parlament seçkilərindən əvvəl Milli Məclisin Mədəniyyət komitəsinin sədri vəzifəsini icra edirdi.