image-rt-reklam
image-d4784467162748652128902657210787619backend

Faşist xislətinə vaxtında “Yox!” deyilməlidir!

image-728x90

Tarixdə yaxşı hadisələr də yaşadılır, qəddarlıqlar da. Yaxşı hadisələr bəşəriliyin, qəddar­lıq­lar faşist meyillərinin, faşizmin, vandallığın əlaməti kimi xatırlanır.

Erməni xisləti tarixən bəşəri düşüncələrin düşməni olub. Bəşəriyyəti heyrətə gətirən də bu düşmənçiliyin yaşadılması, onunla qürurlanılması meyilidir. Ermənilik dünyəvi dəyərlərdən uzaq­­dır. Bunu bilən dünya dövlətləri belə qorxulu məqamlara ciddi münasibət bildirmir. Niyə? Düşündürücü sualdır…

1983-cü il iyulun 27-də Sarkis Abrahamyan, Setrak Acemyan, Vaçe Dağlıyan, Ara Kur­cuh­liyan və Simon Yahneyan Lissabondakı Türkiyə səfirliyinə daxil olaraq müvəqqəti işlər vəki­li­nin xanımı Cahidə Mıhıçoğlunu və 17 yaşlı oğlu Atasayı girov götürmüşlər. Portuqaliya Baş naziri Ma­rio Soares hadisəni nəzarət altına almış və hadisə yerinə göndərdiyi 170 polis səfirliyin binasını mühasirəyə almışdır. Terrorçular diplomatın xanımını və bir Portuqaliya polisini qətlə yeti­rərək özləri ilə bərabər binanı partlatmışlar. Hadisəyə ABŞ Prezidenti Ronald Reyqan da müna­sibət bil­dirmişdir. Terrorçuların xanımı qətlə yetirmələri onu xüsusilə təsirləndirmişdir. O demişdir: “Biz digər ölkələrin hökumətləri ilə birgə çalışaraq buna birdəfəlik son qoyacağıq.” ABŞ Milli Təhlü­kə­sizlik Şurasının üzvü Oliver North terrorçuların neytrallaşmasına yönəlmiş Milli Təhlükəsizlik Qərarları Direktivi (MTQD) hazırlamışdır. 138 nömrəli həmin MTQD Amerikanın özünü terror­çu­lardan qoruma hüququnu özündə saxlamaqdadır.

“Lissabon 5” budur. Belə bir qəddarlığı erməniliyə qürur ünvanlarından hesab etmək əlbəttə ki, bəşəriliyə düşmənçilikdir. Hər il iyulun 27-də Ermənistan ictimaiyyəti “Lissabon 5” adlı anım mərasimi keçirir. İnsanlığa yad olan belə bir anım tədbirinin hər il keçirilməsinin (anılan kimdir? – beynəlxalq cinayətkarlar), belə bir faciəni törədənlərlə qürurlanılması dünyəviliyə xəyanətdir. Bu baxımdan ermənilik dünyəviliyə xəyanətin ifadəsidir. Belə bir tədbirdə Amerika Birləşmiş Ştatlarında, Fransada, Livanda yaşayan ermənilər də iştirak edir. Yəni erməniliyin miqyası geniş­dir.

Dünya ictimaiyyətinin bu kimi hadisələrə ciddi etiraz etməməsi, müəyyən mənada, ermə­ni­liyin tərəfini saxlamaq deyilmi? Bir azərbaycanlı ziyalı kimi, Vətənini və dünyəviliyi, bəşəriliyi sevən bir insan kimi bəşəriyyəti bir daha xəbərdar edirəm: faşist xislətinə vaxtında “Yox!” deyil­mə­lidir!

Səbinə Xasayeva,

Milli Məclisin deputatı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90