image-rt-reklam
image-1backend

Fahreddin Altun vəzifəsindən azad edildi – Yeni TƏYİNAT

image-728x90

Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar şöbəsinin müdiri Fahrettin Altun vəzifəsindən azad olunub.

Ulusal.az  “Resmi Gazete”yə istinadən xəbər verir ki, bu haqda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sərəncam imzalayıb.

Prezidentin sərəncamı ilə  Fahrettin Altun Türkiyə İnsan Haqları və Bərabərlik Qurumunun (TİHEK) prezidenti təyin edilib.

Qeyd edək ki, Altun 2018-ci ildə qurulduğu gündən etibarən Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri vəzifəsində çalışıb.

Xatırladaq ki, Altun Siyasi, İqtisadi və Sosial Araşdırmalar Vəqfinin (SETA) rəhbəri vəzifəsini Burhanəddin Durana təhvil verərək Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri olmuşdu.


image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90