image-rt-reklam
image-1backend

Eyni idarənin 130 əməkdaşı niyə işdən çıxarılıb?- Video

image-728x90

Kürdəmir Suvarma Sistemləri İdarəsində çalışan 130 nəfər işdən çıxarılıb.

Ulusal.az  APA TV-yə istinadən xəbər verir ki, işdən azad olunan şəxslər öz narazılıqlarını bildiriblər.

Şikayətçilərin sözlərinə görə, onlar işsiz qaldıqları üçün maddi çətinlik çəkirlər, ailələrini dolandıra bilmirlər: “İki azyaşlı övladım var. Üç gündür vicdan əzabı çəkirəm. Mən nə yedizdirim onlara?!”

Məsələyə münasibət bildirən Kürdəmir Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Rəşid Nəsirov deyib ki, bu, struktur dəyişikliyi ilə bağlıdır: “Bir neçə həftə əvvəl onlara bildiriş vərəqəsi təqdim olunub. Onlar bu bildirişləri oxuyub, tanış olub və imza atıblar. Növbəti həftədə bir neçə şəxsin işdən çıxarılması da gözlənilir”.

Ətraflı videomaterialda:

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90