image-rt-reklam
image-d864d5d4d0b1806b2e5599fefb36865cbackend

Əvvəl atı döydü, sonra atasını öldürdü – TƏFƏRRÜAT – VİDEO

image-728x90

Qubanın Sofikənd kəndində qətl hadisəsi baş verib.

27 yaşlı Rəvan Ramazanov Rayon Polis Şöbəsinə gələrək yaşadığı ünvanda mübahisə zamanı 51 yaşlı atası Sadiq Ramazanovu balta ilə qətlə yetirdiyini deyib. Ata ilə oğul arasında mübahisənin yaranmasına səbəb isə at olub.

Rəvan ata işgəncə verdiyinə görə atasına etirazını bildirir. Sadiq Ramazanov bunun qarşılığında onu söyərək təhqir etməyə başlayır. Atasının əsəsbləşdiyini və onun şəxsiyyətini alçatdığını görən Rəvan evlərinə qayıdır. Bunu görən atası da onun arxasınca evə gəlir və mübahisələri burda da davam edir.

Bundan sonra Rəvan atasının söyüşlərindən yaxa qurtarmaq üçün evdən bayıra çıxaraq həyətdəki tövlənin yanına gəlir. Bunu görən Sadiq arxasınca gedərək yenidən oğlu ilə mübahisə etməyə davam edir. Ağır söyüşlərlə onu təhqir edir.

Atasını qətlə yetirdikdən sonra Rəvan baltanı hadisə yerində ataraq ordan uzaqlaşır. Həyətdə anası ilə rastlaşıb və ona atasını qətlə yetirdiyini deyir. O, bundan sonra geyimini dəyişərək Quba Rayon Polis Şöbəsinə gəlir, könüllü təslim olur.

Rəvan Ramazanov Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib.

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90