İyulun 10-da oxuduğu müddətdə nikaha girən və azyaşlı uşağı olan tələbələrə sosial təqaüdlər haqqında qanun layihəsi Rusiya Dövlət Dumasına təqdim olunacaq.
Ulusal.az xəbər verir ki, bu barədə TASS rəsmi sənədə istinadla məlumat yayıb.
Bu ideyanın təşəbbüskarları LDPR fraksiyasının deputatları olub. Təhsil aldığı müddətdə nikaha girən magistr, bakalavr və ya mütəxəssis hazırlığı üzrə təhsil alan tələbələrlə bağlı “Təhsil haqqında” qanuna dəyişiklik edilməsi gözlənilir. Qanun layihəsinə əsasən, təqaüd həmçinin yetkinlik yaşına çatmayan uşaqları olan tənha tələbələrə, o cümlədən övladlığa götürənlərə və qəyyumlara ödəniləcək.
Qeyd olunur ki, bu ödənişlər tələbələrin təhsil formasından asılı olmayaraq həyata keçiriləcək.Publika