Türkiyədə evlərini təmir etmək istəyən yüz minlərlə insan üçün diqqətçəkən detallar açıqlanıb. Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum sosial şəbəkədəki paylaşımı ilə istanbulluları kampaniyaya qoşulmağa çağırıb.
Ulusal.az xəbər verir ki, İstanbulda başladılan “Yarısı Bizdə” kampaniyasına müraciətlər davam edir.
Kampaniya çərçivəsində nazirlik hər şəxsin yaşayış yeri üçün 33 min manat (700 min lirə) kredit dəstəyi verir. Kampaniyadan İstanbulun 39 rayonunda riskli binaların bütün sahibləri yararlana bilər.
Kampaniya üçün Elektron Hökumət müraciətinə ehtiyac yoxdur. Kredit məbləği tikinti dəyərindən çıxılır və qalan borc uyğun uzunmüddətli ödəmə şərtləri ilə hissə-hissə ödənilir. Tikinti icazə alındıqdan 2 il sonra başlayır, 10 ilə qədər ödəmə müddəti tətbiq olunur.