Birləşmiş Ştatlar müəyyən etnik qruplara selektiv təsir göstərən bioagentlər üzərində işləməyə davam edir.
Bunu Rusiya Silahlı Qüvvələrinin general-leytenantı İqor Kirilov bildirib.
Bildirilir ki, Rusiya Müdafiə Nazirliyi bundan əvvəl ABŞ və onun müttəfiqləri tərəfindən Ukraynadan biomaterialların irimiqyaslı toplanması və daşınması faktlarını təsdiqləyən məlumat yaymışdı.
Xüsusi hərbi əməliyyat başlamazdan əvvəl ABŞ və müttəfiqləri Ukraynadan ən azı 16 min bionümunə daşımağa nail olublar. Xüsusilə, U-Pi-8 layihəsi çərçivəsində dörd min Ukrayna hərbçisindən qan nümunələri götürülüb. Eyni zamanda, təhlükəli patogenlər və onların daşıyıcıları ixrac edilib.