image-2000x150
image-1backend

Ət UCUZLAŞACAQ?

image-728x90

Son günlər ət bazarında durğunluq müşahidə olunur. Xüsusən də quzu əti alıcılarının sayı xeyli azalıb.

“Əvvəl gündə 3 quzu satırdıq, indi isə…”

Mövzu ilə bağlı  danışan qəssab Elxan Səmədov bildirib ki, dekabrda gün ərzində 2-3 quzu əti satılsa da, indi bu say cəmi 1-ə bərabərdir:

“Bu da qiymətin artması ilə bağlıdır. İndi insanlar daha çox dana ətinə üstünlük verir. Hazırda keyfiyyətli dana əti 14-15 manatadır. Bundan aşağı qiymətə də ət təklif olunur. Amma onlar o qədər də yaxşı deyil.

Hazırda yerli dana ətinin kiloqramı 14 manat 50 qəpikdir. 14-17 kiloqramlıq quzunun bir kiloqramı 17 manat, 10-12 kiloqramlıq quzunun bir kiloqramı isə 18-20 manatdır. 30-35 kiloqramlıq qoçların ətinin bir kiloqramı isə 13-15 manata təklif olunur. Amma bütün hallarda alıcılıq zəifləyib”.

Qiymətlər ucuzlaşa bilərmi?

Məsələ ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin mövqeyini öyrəndik. Onun sözlərinə görə, artıq 2 həftədir ki, ət bazarında durğunluq müşahidə olunur:

“Alıcılıq qabiliyyəti xeyli aşağı düşüb. Bu da ətin qiymətinin ucuzlaşmasına gətirib çıxara bilər. Amma burda bir həssas məqam var. Hazırda sanki psixoloji mübarizə gedir. İnsanlar qiymət artımından sonra bir növ quzu əti almaqdan imtina edir. Bəs, bu imtina nə vaxtadək davam edəcək? Bax, hər şey bu sualın cavabından asılıdır. Əgər durğunluq bir müddət də davam etsə, ondan qiymətdə eniş olacaq. Proseslər onu göstərir ki, ətin qiyməti ən azı Yeni ildən əvvəlki vəziyyətə qayıdacaq. Yəni 1-2 manat ucuzlaşma olacaq”

Akif Nəsirlinin sözlərinə görə, aparılan təhlillər göstərir ki, ət bazarındakı dövriyyə xeyli azalıb:

“Həm regionlardakı bazarlara, həm də paytaxtın kəsim sexlərində durğunluq var. Əgər əvvəllər bir qəssab sutka ərzində 100-120 kiloqram ət satırdısa, indi bu göstərici 70-80 kiloqrama düşüb. Yəni dövriyyə ən azı 30 faiz azalıb. Əgər belə getsə, onda həm regionlardakı bazarlarda, həm də ki, paytaxtdakı marketlərdə qiymətlər düşəcək”.Bizim.Media

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90