image-2000x150
image-1668064314_erdogan-dha-1934743_2backend

Əsl xilaskar o kəsdir ki, onda Şərqin ruhu və Qərbin ağlı var…

image-728x90
Türkiyədə baş verən fəlakətli zəlzələ qardaş ölkədə möhtəşəm həmrəylik və gücü də nümayiş etdirdi. “Türkiyə – tək ürək” kampaniyası 85 milyon xalqla yanaşı, kənarda yaşayan milyonlarla Türk və digər millətləri də birləşdirib, insanlar bu xeyriyyə marafonuna qoşularaq Türkiyənin yanında yer almaqdadır.
Mövcud mənzərə həm də Türkiyənin Siyasi Gücünün, ölkəyə olan ictimai etimadın göstəricisi, Prezident Rəcəb Tayyib Ərdoğanın Siyasi nüfuzuna olan dərin hörmətin bariz ifadəsidir. Zəlzələdən sonra bir neçə ölkənin dövlət başçısının, rəsmi hökumət nümayəndəsinin hadisə bölgəsinə həmrəylik səfərləri etməsi, BMT, Avropa İttifaqı və digər nüfuzlu təşkilatların Ərdoğanla daim əlaqə saxlaması, eləcə də NATO-nun Baş katibi Stoltenberqin və ABŞ Dövlət katibi Antoni Blinkenin Türkiyəyə səfəri Rəcəb Tayyib şəxsiyyətinə olan xüsusi hörmətin ifadəsi kimi qiymətləndirilə bilər.
Məşhur filosof-mütəfəkkir Əmin ər-Reyhani deyirdi ki, əsil xilaskar o kəsdir ki, onda Şərqin ruhu və Qərbin ağlı var. Ərdoğanın siyasi obrazında tamamlanan Güclü Liderlik, bənzərsiz natiqlik, prinsipiallıq, dəmir iradə, bütün risklərə rəğmən çevik idarəetmə məharəti, tərəf müqabilləri ilə münasibətlərdə mərdliyi və cəsarəti, uzaqgörənlik və müdriklk dünya siyasəti və siyasətçilər üçün mənimsənilə biləcək nadir keyfiyyətlərdir.
Rəcəb Tayyib Ərdoğan müasir Türkiyənin intibahının, qüdrətinin simvoludur, Atatürkdən sonra Türkiyə tarixində inkişaf və heyrətamiz gücün müəllifidir. Onun rəhbəri olduğu Ədalət və İnkişaf Partiyası 2002-ci ildən indiyədək ardıcıl bütün seçkilərdə Xalqın yüksək etimadını qazanaraq təkbaşına hökumət qurub, 20 il əvvələ qədər ölkədə ənənəyə çevrilmiş hökumət böhranına son qoyub, nəticədə iqtisadi və siyasi böhranın da birdəfəlik qarşısını alıb, respublikanın həyatına möhkəm sabitlik və davamlı inkişaf kursu gətirib, misilsiz uğurlarla Türkiyənin sosial-iqtisadi simasını büsbütün dəyişib. İnanılmaz hərbi sənaye sektorunun inkişafı sayəsində Türkiyə dünyada ən güclü müdafiə sənayesi ölkəsinə çevrilib, beynəlxalq və regional layihələrə imza atıb, Bakı-Tbilisi-Qars dəmir yolu, Mərmərə layihəsi, Yavuz Sultan Səlim Körpüsü, Şimali Mərmərə magistralı, Avrasiya Tuneli, Osman Qazi Körpüsü, Çanaqqala Körpüsü, Yeni İstanbul Hava limanı kimi meqalayihələri gerçəkləşdirib.
Rəcəb Tayyib Ərdoğanın “Türkiyə Türkiyədən böyükdür” fikrinin altında çox dərin siyasi-fələsfi məna daşıyır. Qlobal güclərin 20 il əvvəl regional məsələlərdə, Yaxın və Orta Şərqdə, Türkiyənin sərhədlərinin qapısında baş verən siyasi proseslərdə Ankaranı küncə sıxışdırdığı və mövqeyini heçə aldığı yadımızdan çıxmayıb. Ərdoğan öz ölkəsinə qarşı bu yanaşmanı, Türkiyəni kiçik görənlərin planlarını darmadağın etdi, beynəlxalq güclərini yerini göstərdi, qətiyyətli və inadlı geridönməz mövqeyi ilə “Biz varıq” iltumatumu ilə dünya siyasi xəritəsinə Türkiyənin müasir simasını yazdırıb. Türkiyənin dünya siyasi xəritəsində Güclü, Qüdrətli, Əzmkar və Qlobal oyunçu statusunu müəyyənləşdirib, dünya ölkələri sırasında 30-cu yerdən ilk 10-luğa yüksəldib.
Yaxud, “Dünya beşdən böyükdür” bəyanatı ilə Ərdoğan ədalətsizliyə və fəaliyyətsizliyə uğramış BMT TŞ-nin sırasının genişləndirilməsini və Türkiyənin ön planda yer almasının mesajını verir.
Türkiyə-Azərbaycanın sarsılmaz qardaşlığı onsuz da dünyaya bəllidir, ancaq Tayyib Ərdoğan “Bir millət, iki dövlət” milli ideyasını praktik və fiziki olaraq daha da bütövləşdirdi. Onun iradəsi sayəsində Azərbaycanla Türkiyə arasında imzalanan strateji sənədlər, atılan qətiyyətli addımlar, İkinci Qarabağ Savaşı zamanı qardaş ölkənin sonadək dəstəyi, Şuşa Bəyannaməsinin imzalanması, Ərdoğanın son 2 ildə Qarabağda ən nəhəng açılışlarda birbaşa iştirakı Əsil Qardaşlığın tərənnümüdür.
Ərdoğanın Türkiyə və Türk dünyasının, İslam həmrəyliyinin güclənməsində əvəzsiz xidmətləri xüsusilə əhəmiyyət daşıyır. Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən sammitində Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi Onun nəhəng şəxsiyyət kimi nüfuzuna olan hörmətin təcəssümüdür. Yaxud, Küveytdə İslam dünyasının “Üstün müsəlman şəxsiyyət” mükafatına layiq görülməsi İslam həmrəyliyinin möhkəmlənməsində əvəzolunmaz xidmətlərinə verilən ali dəyərdir.
Dünya siyasi liderləri Onunla hesablaşmağa məcburdur, NATO öz sırasına yeni üzvləri qəbul etmək üçün Ankaranın həlledici qərarını gözləyir. O, bölgədə baş verən qanlı toqquşmalarda sülh carçısı kimi önə çıxır, Suriya, İraq, Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə yekunlaşması yönündə yorulmaz səylər göstərir. Rəcəb Tayyib Ərdoğanın bu liderlik keyfiyyətləri sözsüz ki, dünya siyasi institutları, dövlət xadimləri tərəfindən yüksək qiymətləndirilir. Məşhur “Time” jurnalı “Dünyanın ən nüfuzlu 100 şəxsiyyəti” siyahısında Türkiyə Prezidentinin adını ilk sıralarda yerləşdirib. ABŞ Müdafiə Nazirliyinin sabiq müşaviri Dov S. Zakhaym Ərdoğanın Ukrayna taxılının ixracı və bölgədə logistikanın bərpası sayəsində uğurlarına diqqət çəkərək R.T.Ərdoğanın Nobel Sülh Mükafatına namizədliyə layiq olduğunu bildirib. Vladimir Putin dünya liderlərindən danışılanda ilk növbədə Ərdoğanın adını çəkir. Rusiya Prezident Administrasiyasının sözçüsü Dmitri Peskov isə məhz Ərdoğanın sayəsində Türkiyənin NATO-da ən qüdrətli dövlətə çevrildiyini xatırladır.
Son 20 ildəki möhtəşəm fəaliyyəti ilə R.T. Ərdoğan sübut edib ki, O, qəti inam və inadla, nikbin əhval-ruhiyyə ilə bütün situasiyalardan çevik və uğurlu nəticə ilə çıxmağı bacaran Liderdir. Qardaş Türkiyənin yaşadığı təbii fəlakətdən yararlanmaq istəyən və hökumətə qarşı çirkin siyasət aparan qüvvələr unutmamalıdır ki, Tayyib Ərdoğanın arxasında 85 milyon Xalqın böyük əksəriyyəti dayanıb və Türkiyə bu sarsıntılı günləri də arxada qoyaraq Ərdoğanla Ədalət və İnkişaf Yolunda davam edəcək.
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90