image-rt-reklam
image-1backend

Əsgərlikdən qayıdıb iş tapa bilməyənlərə şad xəbər: Dövlət pul verəcək

image-728x90
Türkiyədə əsgərlikdən qayıdan, lakin iş tapa bilməyən vətəndaşlara işsizlik müavinəti (işsizlik ödənişi) alma imkanı yaradılıb. Bunun üçün müəyyən qanuni şərtlərin yerinə yetirilməsi tələb olunur. Əsas şərtlərdən biri işçinin öz istəyi və ya səbəb olduğu bir hal olmadan iş yerindən ayrılmasıdır.

Ulusal.az xəbər verir ki, əmək mütəxəssisi Ahmet Kıvançın “Habertürk”ə verdiyi açıqlamaya görə, əsgərlik səbəbilə işdən ayrılan, lakin qayıtdıqdan sonra iş tapa bilməyən şəxslər də bu müavinətdən yararlana bilər. Bunun üçün işəgötürən tərəfindən Sosial Sığorta Qurumuna (SGK) son 3 ildə ən azı 600 gün sığorta ödənişi  və son 120 gün fasiləsiz işləmə müddəti bildirilməlidir.

İşsizlik ödənişinin müddəti son 3 ildə ödənmiş sığortaya  görə müəyyən olunur:

600–899 gün sığorta: 6 ay ödəniş,

900–1079 gün: 8 ay,

1080 və daha çox: 10 ay.

Son illərdə daha geniş yayılmış ödənişli  əsgərlik edənlər də faktiki olaraq silah altına alındıqları üçün bu səbəblə işdən ayrılanlar, əsgərlikdən sonra yenidən işə girənə qədər işsizlik ödənişi ala bilərlər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90