image-rt-reklam
image-1backend

Əsədin Rusiyadakı taleyi: Kremlin mövqeyi necədir?  

image-728x90

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Suriyanın prezidenti Bəşər Əsədin Rusiyada qalması və ya Dəməşqə ekstradisiya olunması ilə bağlı suallara cavab verməkdən imtina edib.

Ulusal.az xəbər verir ki, “Kommersant” nəşrinin xəbərinə görə, Peskov keçirilən brifinq zamanı bildirib ki, Kremlin Əsədin taleyi ilə bağlı hər hansı rəsmi mövqeyi yoxdur və bu məsələ barədə şərh vermir.

Qeyd edək ki, ötən gün Kremlin iqamətgahında Rusiya Prezidenti Vladimir Putin ilə Suriya Prezidenti Əhməd əl-Şaraa arasında danışıqlar baş tutub. Bu, iki lider arasında ilk görüş olub və təxminən iki saat yarım davam edib.

Peskov əlavə edib ki, görüş zamanı Suriyadakı Rusiya hərbi bazalarının taleyi də müzakirə olunub, lakin bu mövzunun təfərrüatları açıqlanmayıb.

Almaniyanın “Zeit” qəzeti isə yazır ki, hazırda Bəşər Əsəd ailəsi ilə birlikdə Moskvanın “Moskva-Siti” kompleksində yaşayır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90