image-2000x150
image-nmjpg-1681805361backend

“Əsas səbəb, həmin təşkilatların siyasiləşməsidir”

image-728x90

“Əsir düşmüş əsgərimizin fiziki işgəncələrə məruz qalması və bayrağımızın yandırılmasına görə beynəlxalq təşkilatların susqunluğu acı təəssüf doğurur. Düzdür, bayrağın yandırılmasına və idmançılarımızın yarışdan imtina edərək İrəvanı tərk etmələrinə Avropa ağır atletika federasiyası öz münasibətini bildirdi. Ancaq, bu bizi qane edə bilməz”.

Bu fikirləri “OLAYLAR”-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. Millət vəkili bildirib ki,   Azərbaycan-Ermənistan məsələlərində beynəlxalq hüquq təşkilatlarının mövqeyi, yeni bir şey deyil:

“Uzun illər ərzində torpaqlarımızın işğalı, bir milyona yaxın qaçqın, məcburi köçkünlərimizin düşdüyü vəziyyətlə bağlı, onların qərəzli, ikili standartlara söykənən mövqelərini görmüşük. Əsas səbəb, həmin təşkilatların siyasiləşməsidir”.

Millət vəkili qeyd edib ki, əsgərin kamera qarşısında vəhşicəsinə döyülməsi Cenevrə konvensiyasının “Hərbi əsirlərlə rəftar haqqında” qanununun kobud pozulmasıdır:

“Hər iki cinayətlə bağlı Ermənistan dövləti məsuliyyət daşıyır və cavab verməlidir. Ermənistana qarşı sərt tədbirlərə gəldikdə isə, iştirakçıların və dövlət atributlarının təhlükəsizliyini təmin edə bilmədiyinə görə, müəyyən müddət bu ölkədə beynəlxalq tədbirlərin, idman yarışlarının keçirilməsinə qadağa qoyulmalıdır”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90