image-2000x150
image-img-20230422-wa0001backend

Əsas prioritet Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsidir

image-728x90

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari ilin 18 aprel tarixində Salyan şəhərində Azərbaycan Televiziyasına verdiyi müsahibədə müxtəlif vacib məsələlərə toxunmuş və mühüm mesajlar vermişdir.
Cənab Prezident bildirmişdir ki, 2004-cü ildən başlayaraq Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları həyata keçirilir. Hazırda 4-cü proqram icra edilir. Bu proqramların icrası nəticəsində bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılmışdır. Bu işlər davam etdirilir. Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, həm ölkəmizi gücləndirir. Bəyan olunmuş bütün hədəflər – insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması bölgələrdə təmin edilir. Qeyd olunmuşdur ki, bütün bərpa və quruculuq işləri plan üzrə gedir. Hazırda əsas prioritet Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsidir.
Cənab Prezident eyni zamanda işğaldan azad olunmuş ərazilərin bərpasının sürətlə davam etdiyini, Şuşa şəhərində birinci yaşayış kompleksinin uğurla inşa edildiyini, ikinci böyük yaşayış kompleksinin, yəni, bir çox evlərdən ibarət layihənin təməlinin yaxın zamanlarda qoyulacağını, Ağdam, Füzuli, Zəngilan şəhərlərində yaşayış binalarının inşasının plan üzrə getdiyini, Kəlbəcər və Cəbrayıl şəhərlərində isə buna hazırlıq işləri görüldüyünü bildirdi. Bununla paralel olaraq məktəblərin, xəstəxanaların, sosial obyektlərin, 10-dan çox məscidin yenidən tikildiyi və ya əsaslı şəkildə təmir olunduğu qeyd olundu.
Ermənistanla sülh danışıqları ilə bağlı sualı cavablandırarkən cənab Preziden İlham Əliyev bəyan etdi ki, Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər bu gün əsas amildir. Çünki işğala, erməni vəhşiliyinə, barbarlığına baxmayaraq, məhz Azərbaycan təklif etmişdir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın və məhz, Azərbaycan məlum beş prinsipi ortaya qoymuşdur. Bu prinsiplər beynəlxalq hüququn norma və prinsiplərinin təməl prinsipləridir. Azərbaycan bəri başdan bəyan etmişdir ki, məhz bu prinsiplər üzərində ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı əsasında danışıqlar mümkündür və sülh müqaviləsi bu prinsiplər əsasında imzalana bilər.
Cənab Prezident İlham Əliyev öz müsahibəsində Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajlar yönləndirdi. Bir daha bəyan edildi ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da özləri üçün başqa yaşayış yeri tapmalıdırlar. Niyyətimiz ondan ibarətdir ki, tezliklə sülh müqaviləsi imzalansın, Azərbaycanla Ermənistan arasında bu qarşıdurmaya son qoyulsun: “Biz dəfələrlə göstərmişik ki, bu torpaqların sahibləri bizik və heç kimə imkan vermərik ki, bizim ərazimizdə kimsə at oynatsın”.
Əminliklə demək olar ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hayata keçirilən hərtərəfli düşünülmüş müdrik siyasət nəticəsində Azərbaycan tezliklə öz haqlı istəyinə nail olacaq, Böyük Qaydış Proqramı uğurla həyata keçiriləcək və işğaldan azad edilmiş bütün ərazilərimizdə həyat öz axarına düşəcək, bütün keçmiş məcburi köçkünlər öz ata baba yurdlarına qayıdacaqlar.

ADPU
Arzu Həmidova Pirverdi

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90