image-rt-reklam
image-1backend

Ersin Tatar bu gün Bakıya gəlir

image-728x90

Bu gün Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Bakıya səfər edəcək.

Ersin Tatar iyulun 5-6-da Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi sammitində iştirak edəcək.

Ersin Tatarın müxtəlif səviyyədə görüşlər keçirəcəyi bildirilir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təşkil olunacaq sammitdə Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dövlət başçıları iştirak edəcəklər. Eyni zamanda tədbirdə müşahidəçi ölkələrin liderlərinin və TDT-nin Baş katibinin də iştirakı gözlənilir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90