image-rt-reklam
image-1backend

Ermənistanın sərhəd təxribatlarını Münhen Konfransı ilə nə bağlayır? – ŞƏRH

image-728x90

Xəbər verdiyimiz kimi, fevralın 12-də Ermənistanın Silahlı Qüvvələrinin hərbi təxribatı nəticəsində Azərbaycanın Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb.

Bundan əlavə, fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Sülh danışıqları gedən ərəfədə, sərhəddə bir neçə aydır davam edən stabillikdən sonra Ermənistanın bu addımı atması maraq doğurur.

Görəsən, düşmən təxribatlarının səbəbi nədir və cavabı olacaqmı?

Politoloq Tofiq Abbasov mövzunu Bizim.Media-ya şərh edib. O qeyd edib ki, Ermənistanın bu hücumu bizim üçün siyasi arqumentdir:

“Münhen Təhlükəsizlik Konfransı ərəfəsində bu hadisənin baş verməsi təsadüfi deyil. Ermənistan silahdaşlarına rəvac verir ki, onlar Azərbaycanı ittiham etsinlər. Ermənistanın çatdırmaq istədiyi fikir isə odur ki, guya aqressiv planları olan tərəf Azərbaycandır. Biz görürük ki, Ermənistana bəhanələr lazımdır. Təxribatlardan istifadə edirlər ki, Azərbaycanın adını hallandırsınlar, özlərini qurban kimi qələmə versinlər.

Ancaq bunlar hamısı əbəsdir.

Azərbaycanın kifayət qədər güclü arqument bazası var. Biz heç bir halda Ermənistandan çəkinmirik. “Dəmir Yumruq” yerindədir, istənilən məqamda öz funksiyasını, təsirini göstərəcək. Münhen Təhlükəsizlik Konfransına İlham Əliyev də dəvət olunub. O, məsələlərin mahiyyətini açıqlayacaq. Dövlət başçısı izah edəcək ki, Ermənistan Makron və onun kimilərinin ucbatından sülh prosesini minalayır”.

Politoloq əlavə edib ki, Ermənistan Cənubi Qafqazı gərgin vəziyyətdə saxlayıb dünya birliyinə izah etmək istəyir ki, sülhə çox uzun yol var:

“Bunu isə İlham Əliyevin seçkilərdəki qələbəsi ilə əlaqələndirirlər. Halbuki bu yanaşma cəfəngiyyatdır”.

Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı ənənəvi olaraq fevralın 2-ci yarısında keçirilir. Bu konfransda dünyanın bir çox dövlətlərinin başçıları və mötəbər şəxsləri iştirak edir, beynəlxalq təhlükəsizliklə bağlı mühüm müzakirələr, debatlar aparılır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90