image-rt-reklam
image-1backend

Ermənistanın Qərbin qucağında otura bilməsinin günahkarı Rusiyadır

image-728x90

Ermənistanın sülh müqaviləsi ətrafında apardığı oyunların vaxt uzatmaqdan başqa heç nə olmadığını son üç ildə dəfələrlə yazdıq və dedik. Əvvəldən məlum idi ki, Ermənistan özbaşına deyil, Qərbin – ilk növbədə ABŞ və Fransanın razılığı olmadan o sülh müqaviləsinə imza ata bilməz.

Ulusal.az xəbər verir ki, bu fikirləri iqtisad elmlər doktoru, professor Fikrət Yusifov səsləndirib. O bildirib ki, sülh müqaviləsi ətrafında oynadığı oyunlar Ermənistana vaxt uzatmaq üçün lazım idi və o da bunu etdi:

“Sabah aprelin 5-də Brüsseldə Ermənistan Baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və ABŞ dövlət katibi Entoni Blinken arasında görüş keçiriləcək. Yayılan məlumatlarda deyilir ki, görüşdə Ermənistanın inkişafına töhfə verəcək üçtərəfli əməkdaşlıq yollarının müzakirəsi planlaşdırılır, görüş eyni zamanda Ermənistanın müqavimətini gücləndirmək məqsədi daşıyır. Ermənistanın müqavimətinin gücləndirilməsi nə deməkdir? Əgər bu görüşün yekununda Ermənistanın təhlükəsizliyinin təmin edilməsinə dair hər hansı bir sənəd imzalanarsa, bu təəccüb doğurmamalıdı. Ermənistanın bu şəkildə siyasi gedişlər edib Qərbin qucağında otura bilməsinin baş günahkarı Rusiyadır. Əgər Rusiya 44 günlük müharibədə Azərbaycanı durdurmasaydı, Azərbaycan ordusu bu müharibədə qələbəni elə bir şəkildə yekunlaşdıra bilərdi ki, Ermənistan məğlub ölkə kimi diz üstə çökər və Azərbaycanın bütün şərtlərini qəbul edib, sülh müqaviləsini imzalayardı. Lakin Rusiya Paşinyana qarşı nə qədər aqressiv münasibətdə olsa da Ermənistanı qorudu və məğlub Ermənistanda öz istəklərini tez bir zamanda reallaşdıracağına inandı. Paşinyan isə ağır məğlubiyyətdən sonra seçki keçirib Rusiyanın gözləntilərinin əksinə olaraq inanmlı qələbə qazandı. Bundan sonra N.Paşinyan Rusiya ilə Qərb arasında oynaya-oynaya tədricən Rusiyadan uzaqlaşıb, Qərbin Cənubi Qafqazda oyuncağına çevrildi”.

Fikrət Yusifov deyib ki, indi Qərb Paşinyanı öz oyununa çəkərək, Cənubi Qafqazda yeni müharibə ocağı yaradıb:

“Rusiyaya qarşı ikinci cəbhə açmağa çalışır. Qərbin Ermənistana hərbi qüvvələr yerləşdirməsi Rusiyaya qarşı müharibə elan etmək qədər ciddi bir məsələdi. ABŞ və AB-nin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi ətrafındakı oyunlarının mahiyyəti indi tam aydın şəkildə ortadadır”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90