image-rt-reklam
image-1backend

“Ermənistanın Qərbə inteqrasiyasına gedən yol Türkiyədən keçir” – Erməni politoloq

image-728x90

“Antaliyada demək olar ki, bütün türk rəsmiləri açıq mətnlə Ermənistanla münasibətlərin normallaşmasının istədiklərini bəyan edirdilər, amma bu zaman alacaq. Türkiyə ilə münasibətlərin istiləşməsi Azərbaycanla münasibətlərə də öz təsirini göstərəcək. Bu proseslər həmişə bir-biri ilə sıx bağlı olub, amma indi açıq şəkildə müzakirə olunur”, – Ulusal.az xəbər verir ki, bu fikirləri erməni politoloq Suren Surenyants Panorama.am saytına müsahibəsində bildirib.

Suren Surenyants bildirib ki, Ermənistanın Qərbə inteqrasiyasına gedən yol Türkiyədən keçir.

“Bir neçə vəziyyətdən sonra Ermənistan-Türkiyə münasibətlərində əhəmiyyətli irəliləyiş əldə edə bilərik. Birincisi, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsidir, daha sonra Ermənistan Rusiya ilə münasibətlərdəki böhrandan çıxa bilməlidir, çünki regional yaxınlaşma prosesləri bir-biri ilə bağlıdır.

İkincisi, Toivo Klaarın Antalyadakı bəyanatında açıq kontekslə bildirildiyi kimi Ermənistanın Qərbə inteqrasiyasına gedən yol Türkiyədən keçir. Türkiyəyə regional lider rolunu öz üzərinə götürüb və bunu artıq Qərbdə də anlayır və qəbul edirlər. Bilirəm ki, bizim qərbpərəstlərimiz bu fikirləri bəyənməyəcək, amma bu, reallığı dəyişmir. Bizim qərbpərəstlərimiz Rusiyanın təsirini Qərbin təsiri ilə əvəz edə biləcəklərini daim qeyd etdikdə, bu, ən azı illüziyadır, çünki kəskin dönüş Ermənistanı Qərbə yox, Türkiyədən böyük asılılığa aparacaq”, – deyə Suren Surenyants bildirib. .

Türkiyə və Azərbaycan tərəflərinin bəyanatlarına əsasən, onlar Ermənistanla münasibətləri normallaşdırmağa tələsmirlər, səbəb nədir sualına Surenyants cavab verib.

“Onlar hesab edirlər ki, hələ də status-kvo bərqərar olana qədər Ermənistandan əhəmiyyətli güzəştlər etmək şansları var. Onlar Ermənistandan maksimum çıxara bildikləri dövrdə münasibətləri sənədləşdirmək istəyirlər. Görürlər ki, hələlik Ermənistandan güzəştlər qopara bilərlər. Ermənistan üçün yaradılmış vəziyyətdə yaxşı Ermənistan-Azərbaycan razılaşması ola bilməz”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90