image-rt-reklam
image-1backend

Ermənistanın növbəti məqsədyönlü təxribatı: cavab daha sərt olacaq!

image-728x90

“Azərbaycan Silahlı Qüvvələri Ermənistanın fevralın 12-də törətdiyi və bir sərhədçimizin yaralanması ilə nəticələnən təxribatına qətiyyətli “qisas əməliyyatı” ilə cavab verdi. Ermənistanın siyasi və hərbi rəhbərliyi tam əmin olmalıdır ki, bir nəfər də olsun Azərbaycan əsgərinin qanı yerdə qalmayacaq. Ali Baş Komandan bunu dəfələrlə bəyan edib”.

Ulusal.az xəbər verir ki, bu sözləri hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, düşmən təxribatları heç vaxt cavabsız qalmayıb, qalmır və qalmayacaq: “Ermənistan, Avropa İttifaqı missiyasının da hazırlanmasında iştirak etdiyi təxribatlardan əl çəkməsə, Azərbaycan Silahlı Qüvvələrinin cavabı daha sərt olacaq. Düşmənin təxribat törətdiyi hər bir döyüş mövqeyi darmadağın ediləcək, zərurət yaranarsa, həmin mövqelərdə Azərbaycan əsgəri və dövlət bayrağımız yerləşdiriləcək. Hazırda təxribat törədilən düşmən mövqeyi dağıdılıb, Ermənistan ordusunun canlı qüvvəsi itkilərə məruz qalıb”.

Ə. Verdiyev qeyd edib ki, baş verən bu hadisəyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyi ilə yanaşı, təxribatları təşkil edən Avropa İttifaqının missiyasının tərkibində fəaliyyət göstərən nümayəndələrin də üzərinə düşür: “Aİ missiyası hadisəyə reaksiya vermək, təxribatı qınamaq əvəzinə ərazini tərk etməklə işini bitmiş hesab edir. Ermənistan birdəfəlik anlamalıdır ki, heç bir qüvvə onun arxasında dayana bilməyəcək. Nə Ermənistan, nə də onun havadarları öz çirkin niyyətlərini gerçəkləşdirə biləcəklər. Buna görə də Paşinyan siyasi avantüralardan əl çəkməlidir. Əks halda Ermənistanı daha ağrılı və acılı nəticələr gözləyir”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90