image-rt-reklam
image-1backend

Ermənistanın ermənisiz qalacağı gün – Qarabağdan sonra bu yanlışı da etsələr…

image-728x90

21 sentyabr Ermənistanda formal olaraq, “müstəqillik günü” sayılır. Niyə “formal”, yəqin ki, aydındır: BMT üzvü olsa da, Ermənistan de-fakto kağız üstündə mövcud olan azsaylı ölkələrdəndir. Bunun da səbəbkarı kimsə yox, hələ də “göylə gedən” mənfur qonşuların özləridir.

“Sovet Ermənistanı indiki Ermənistandan daha suveren ölkə idi. O vaxt Ermənistan ərazisində bir ölkənin qoşunları var idisə, indi biabırçılıqdır”.

Bunu yerli ekspert Tiqran Köçəryan qeyd edib.

Tiqran Köçəryan Paşinyanı Gəncəni vurmaq əmrini verməkdə ittiham edib

İndi bir var, gerçəyi biz deyək, bir də var, özləri etiraf edə. Erməni də olsa, haqlı…

Gerçək isə belədir ki, 33 il ərzində Ermənistan adında dövlət həqiqətən baş tutmayıb. Gümrüdəki 102 saylı Rusiya hərbi bazanın varlığı daxil, əgər kapitulyant ölkənin sərhədlərini özü yox, hələ də SSRİ dövründəki kimi rus hərbçiləri qoruyursa, o zaman suverenlikdən deyil, yalnız onun elementlərindən danışmaq lazım gəlir.

Hərgah SSRİ dağılandan sonra heç kim Ermənistana hücum etməyib, onu təhdid altda saxlamayıb. Tutaq ki, digər sabiq müttəfiq respublikalar – Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna kimi o, ərazi bütövlüyü problemi ilə də üzləşməyib. Yəni Ermənistanın dövlət kimi formalaşması üçün ilkin şərtlər hamıdan yaxşı olub.

Ermənistanın “forpost”, yoxsa “müstəqil dövlət” DİLEMMASI: “qonşu ölkələrlə  əlaqələri yaxşılaşdırsalar…” – Yeni Çağ Media

Əfsus ki, bu cırtdan ölkə əlindəkinə qane olmaq, həqiqi mənada dövlət kimi formalaşmaq və tədricən Rusiya orbitindən uzaqlaşmaq əvəzinə, Moskvanın əli ilə qonşu Azərbaycanın hesabına ərazisini zor gücünə böyütmək, bizimlə qanlı konfrontasiya yolunu tutdu. Nəticə məlum: həm zəbt elədiyi torpaqlardan vurulub çıxarıldı, həm də tarixi fürsəti itirdiyi üçün bölgənin yeganə “izqoy” (“dalan”) respublikasına çevrildi. Rusiyadan davam edən vassal asılılığı da öz yerində…

Bəllidir ki, bir ölkənin suverenliyi onun ərazisindəki yad hərbi qüvvələrin sayına tərs mütənasibdir. Bu xüsusda Azərbaycan regionun ən müstəqil və suveren dövləti hesab edilə bilər, çünki ərazisində xarici ordunun əsgəri yoxdur.

Konkret Ermənistana gəlincə, bu ölkə və onun “miatsum” virusundan qurtulmayan abırsız xalqı bir əsrdən çoxdur başından yekə iddialarla, heç vaxt reallaşmayacaq arzularla yaşayır. Ermənistanın xarici dövlətlər üçün faktiki hərbi poliqona çevrilməsinin tək səbəbi də bu – sağalmayan “miatsum” mərəzi. Halbuki Ermənistana nəinki xarici hərbi bazalar, heç ordu da lazım deyil. Vurğulandı: heç kim ona hücum etməyə hazırlaşmır. Yetər ki, İrəvan, nəhayət, öz qapıbir qonşularına qarşı əsassız ərazi iddialarından əl çəkib dinc-yanaşı, sülh içində yaşamağa qərar versin…

Ermənistanın əsas problemi Paşinyandır" - Erməni siyasətçi - Unikal.az

Guya indi onların ən ağıllıları Paşinyandır. O da ki, ayları-aylara, illəri-illərə qatmaqla öz xalqı üçün unikal şansı qaçırmaqda. Azərbaycanın sülhlə bağlı beynəlxalq hüquqdan doğan haqlı tələblərini (İrəvan çox səhv olaraq bunu Bakının şərti kimi təqdim edir) dəstəkləyib gərəkənləri etmək əvəzinə, üç ildir söz oyunu ilə məşğuldur, paralel surətdə altdan-altdan revanşa hazırlaşmaqdadırlar. Təbii ki, bunu “özünümüdafiə” bəhanəsi ilə pərdələməyə çalışırlar.

Sonra. Ermənistanın baş naziri dünən iddia edib ki, erməni xalqı artıq “tarixi” (mifik – red.) yox, “real Ermənistan”ı seçib. O, ölkənin əvvəlki rəhbərləri ilə birlikdə soydaşlarını “tarixi sikldə” yaşamağa məcbur etdiyi üçün üzr istəyib. “Mən əminəm ki, xalqımız öz seçimini çoxdan “real Ermənistan”ın xeyrinə edib. Amma biz müxtəlif dövrlərin idarəçiləri bunu eşitmədik və faktiki olaraq insanlarımızı “tarixi dövrədə” yaşamağa məcbur etdik. Bunun üçün biz bağışlanma diləməliyik və mən də öz payıma üzr istəyirəm”, – Paşinyan sosial şəbəkədə yazıb.

Qala” Qoruğunda “Dəmir yumruq” abidəsinin açılışı olub - AZƏRTAC

İlk baxışda praqmatik görünən mövqedir. Ancaq əsas olan çoxluğun təfəkkürünü dəyişməkdir. Bu da görünmür. Əfsus ki, ermənilər böyük ölçüdə başlarına gələnlərdən, xüsusən də “Dəmir yumruq”dan ciddi dərs götürənə oxşamırlar. Yenə aza qane olmaq istəmirlər. Demək, azdan da, çoxdan da məhrum olacaqlar.

Necə ki, illər uzunu Qarabağda erməni varlığı ilə bağlı bizə ağlasığmaz şərtlər irəli sürdülər, “ikinci erməni dövləti” deyib sayıqladılar, Azərbaycanın son dərəcə əlverişli sülh təklifini rədd etdilər. Nəticə ortada: Qarabağda erməni qalmayıb.

Özlərini yaxşı aparmasalar, zamanın nəbzini tuta bilməsələr və daha bir tarixi yanlışı etsələr, Ermənistanda da erməni qalmayacaq. Hərçənd ora da onların vətəni sayılmaz…musavat.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90