image-rt-reklam
image-ceyhun6backend

Ermənistanın bir yolu var: Azərbaycanın şərtlərini qəbul etmək, separatizmə və təxribatlara son qoymaq

image-728x90

Milli Məclisin deputatı Ceyhun Məmmədov

Avqustun 16-da Laçın-Xankəndi yolunun guya “bağlanmasından” sonra yaranmış “humanitar böhran” barəsində BMT Təhlükəsizlik Şurasında aparılan müzakirəni ölkəmizin növbəti diplomatik uğuru hesab etmək olar. Ermənistan yenə də ona dəstək olan dövlətlərə arxalanaraq BMT Təhlükəsizlik Şurasına müraciət etməsinə baxmayaraq BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluğa düçar oldu.
Belə müzakirələrə ehtiyac olunmadığı, bu kimi məsələlərin BMT və digər platformalarda deyil, yerində həll olunmalı olduğu bildirildi. Laçın dəhlizinə paralel olaraq Ağdam-Xankəndi yolunun da istifadə edilməsinin mümkünlüyünün bildirilməsi tamamilə Azərbaycanın maraqlarına cavab vermiş oldu. Bununla da buradan açıq aydın görmək olar ki, Ermənistan hökuməti və diaspora arasında ciddi narazılıq və anlaşılmazlıqlar var və bu hər gün dərinləşir.
TŞ-də müzakirələrdə çıxış edən dövlətlərin əksəriyyətinin çıxışları Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin beynəlxalq hüquqa uyğun olduğunu bir daha təsdiqlədi. Dünyadan 27 il ədalət gözləyən Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəsi ilə həm BMT qətnamələrini təkbaşına icra edərək tarixi ədaləti bərpa etdi.
Üç ilə yaxındır ki, Azərbaycan Ermənistana təklif etdiyi sülh müqaviləsinin imzalanması istiqamətində səylərini artırır, üzərinə düşən öhdəlikləri yüksək səviyyədə yerinə yetirməyə çalışır.
Qarabağdakı ermənilər Azərbaycan sakinləridir və Azərbaycan hökuməti onların lazımı yaşayış standartlarını təmin etməyə hazırdır.
Azərbaycan Qırmızı Xaç Təşkilatı vasitəsilə Qarabağdakı erməniləri bütün zəruri məhsullarla təmin etməyi təklif etsə də, lakin erməni tərəfi bundan imtina etdi.
Ermənistanın bir yolu var: Azərbaycanın şərtlərini qəbul etmək, separatizmə və təxribatlara son qoymaq.
Ermənistan BMT Təhlükəsizlik Şurasından aparılan son müzakirələrdən nəticə çıxarmalıdır: “2020-ci ildə nə baş verdisə, bu yenə də baş verə bilər. Bölgəyə sülhün gəlməsi üçün Ermənistan Azərbaycanın başlatdığı prosesə töhfə verməlidir. Əgər Ermənistan təxribat xarakterli fəaliyyətinə davam etsə, bunun cavabı çox sərt olacaq.
Beynəlxalq hüquqa əsasən Qarabağ Azərbaycan ərazisidir. Odur ki, Azərbaycan ərazisində Ermənistan hər hansi bir addım atarsa, cavabını da alacaq. Problemin həlli üçün Ermənistan Azərbaycanın dediklərini yerinə yetirməlidir”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90