image-2000x150
image-1677503230_arzuman-222-2backend

“Ermənistanın başqa yolu yoxdur” – Arzuman Muradlı

image-728x90

“Ermənistanın sülh müqaviləsi bağlamaqdan başqa yolu yoxdur. Bu gün Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş keçiriləcək. Bu görüş Rusiyanın xarici işlər naziri Sergey Lavrovun moderatorluğu ilə baş tutacaq. Rusiya sülhə maneə olmaq yolunda çalışır. Amma bu sülh müqaviləsi bağlanacaq” – bu barədə Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı  deyib.

Politoloq hesab edir ki, bugünkü reallıqlar onu deməyə əsas verir ki, rəsmi İrəvan Rusiyanın diktəsi ilə danışıqlar prosesinə maneə törətmək istəyir.

“Rəsmi İrəvanın  öz xalqını razı salmağı, havadarlarının məmnun etmək üçün vaxta ehtiyacı var. Əsas vaxtda xalqın bu reallıqla üzləşib bunu qəbul etməsinə lazımdır. Paşinyan bu cür sülhyönümlü açıqlamalar verməktənsə bu istiqamətdə real addımlar atmalıdır. Real addım atmağa da gücü çatmır. Ölkədə tam mənada xalqı və ordunu idarə etməyə qadir deyil. Xalqın içərisində hər biri pulunu fərqli ölkədən alan xarici əlaqəli güclər var. Bu güclər xalq arasında iğtişaş yaradırlar. Paşinyan Qarabağın Azərbaycan olduğunu qəbul edirsə, orada qanunsuz silahlı birləşmələri çıxarmalı, onlara silah-sursat daşınması dayandırmalı,hələ də mina döşənməsinə son verməlidir. Azərbaycanın da səbrinin həddi var” – deyə Arzuman Muradlı  qeyd edib.

Politoloq hesab edir ki, ermənilər sülh müqaviləsindən yayındıqca çox şey itirirlər.

“İndiki reallıqlar başqadır. Ermənistan sülh müqaviləsi bağlamalıdır. Başqa çıxış yolları yoxdur” – deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90