image-rt-reklam
image-1backend

Ermənistanı xilas edəcək biznesmen: Paşinyan ona niyə güvənir?

image-728x90

Ermənistanın baş naziri Nikol Paşinyanın ətrafında olan ona dəstək verən və daşnakların düşməni olan bir iş adamı var. Bu erməni iş adamı Xacatur Sukiasyandır.

Sukiasyan “Vətəndaş Müqaviləsi” Partiyasının baş sponsoru və Paşinyanın hakimiyyətə gəlişində açar fiqurlardan biri hesab olunur.

Sukiasyan türkləri sevən və Türkiyə – Ermənistan əlaqələrini inkişaf etdirmək istəyən bir iş adamıdır. Məhz bu səbəblərə görə o daşnakların və Rusiyanın qəzəbinə tuş gəlib. 2022-ci ildə ona məxsus FlyOne Armenia aviaşirkəti İrəvan–İstanbul birbaşa uçuşlarına start verdi. Ona məxsus Rossia Mall ticarət mərkəzində isə LC Waikiki və DeFacto kimi böyük türk brendləri əsas icarəçi oldu. Bu, təkcə kommersiya deyil, eyni zamanda türk iqtisadiyyatının Ermənistanın mərkəzinə yerləşməsişərait yaratdı. İş adamı anlayırdı ki, Ermənistanı yalnız azad iqtisadiyyat xilas edə bilər və Xacatur Sukiasyan Paşinyanın dəstəyi ilə bunu etməyi bacardı.

Məhz onun apardığı danışıqlar nəticəsində bu gün Ermənistanda bir neçə istehsal müəssələri açılıb. Crown Chemical (Ermənistan) ilə Güney Dekor (Türkiyə) arasında birgə istehsal başalyıb. Women’s Forum (Ermənistan) və DOGÜNKAD (Türkiyə) qadın sahibkarların əməkdaşlığına dair sənəd imzalanıb.

Paralel olaraq, Armenian–Turkish Task Force (ATTF) adlı təşəbbüs yaradılıb. – ATTF, TABDC və TEPAV birlikdə Ermənistan–Türkiyə sərhədinin açılması və sektorlar üzrə prioritet sahələrin müəyyənləşdirilməsi üzərində işlər davam etdirilir.

Turizm sahəsində AATTC (Armenian–Turkish Tourism Companies Association) vasitəsilə birgə turpaketlər, sərgilər və kampaniyalar reallaşdırıldı.

Son illər ərzində Ermənistan iqtisadiyyatının çiçəklənməsində Türkiyə şirkətlərinin rolu danılmazdır. Burada azad ticarət əsas rol oynayır. Ermənistanın Baş Naziri Nikol Paşinyan anlayır ki, ölkəsini xilas etmək üçün Türkiyənin rolu danılmazdır.

Amma burada Rusiya amili əsas rol oynayır. Kremldə anlayırlar ki, Xacatur Sukiasyanın biznes siyasəti Ermənistanı Rusiyanın asılılığından çıxarır. Məhz buna görə Rusiya mediası mütamadi olaraq iş adamını hədəfə alır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90