image-2000x150
image-ermenistan_parlamentibackend

Ermənistandan Putinə zərbə: Onun həbsini tələb edən sənəd təsdiq üçün parlamentə göndərildi

image-728x90

Ermənistan hökuməti bu gün Roma Əsasnaməsini ratifikasiya üçün Milli Assambleyaya təqdim edib.

Publika.az xəbər verir ki, bu barədə “Azatutyun” radiosuna hökumətin mətbuat xidmətindən məlumat verilib.

Göndərilən sənəddə Rusiya prezidenti Putinin mümkün həbsi ilə bağlı bəndin olub-olmadığı aydın deyil. Layihə hələ ki, parlamentin saytında dərc edilməyib.

Bu ilin martında Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ölkə Konstitusiyasına uyğun olması barədə qərar qəbul edib.

Ondan bir həftə əvvəl isə Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib.

Rusiya tərəfinin Roma Nizamnaməsinin ratifikasiyasının Ermənistan və Rusiya arasında müttəfiqlik münasibətləri üçün risklər ehtiva etməsi qorxusuna cavab olaraq, bir ay əvvəl Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan, bunun belə olmadığını, Rusiyaya qarşı yönəlmədiyini bildirmişdi.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90