image-2000x150
image-9964ada5964662f217aed1cb17efbe40backend

Ermənistandan daha bir TƏXRİBAT-Türkiyə və Azərbaycana su təhdidi

image-728x90

Ermənistanda su anbarlarının tikintisi üçün misli görünməmiş həcmdə iş aparılır.

Bunu yerli mediaya müsahibəsində Ermənistanın Su Komitəsinin rəhbəri Vaaqn Gevorqyan deyib.

O deyib ki, Ermənistanda ümumilikdə 50 yeni su anbarı tikiləcək.

“Bu il uzun illərdir davam edən Vedik su anbarının tikintisi başa çatacaq. Mayın 17-də isə Almaniya İnkişaf Bankı (KfW) və dövlət büdcəsi hesabına Kapsi su anbarının tikintisinə başlanacağı rəsmən elan ediləcək. Həmçinin daha 15 su anbarının tikintisini planlaşdırırıq, artıq onlardan 6-sının layihə-smeta sənədləri hazırlanır. 4 su anbarının (Astqadzor, Arqiçi, Yelpin, Kasax) layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb, qalan 2 su anbarının (Liçk, Artik) layihə-smeta sənədlərinin hazırlanması üçün ikiqat tender elan olunub və düşünürəm ki, ilin sonuna kimi biz 2 su anbarının tikintisi üçün də tender keçirəcəyik”, – Vaaqn Gevorqyan bildirib.

Ermənistan rəsmisinin sözlərinə görə, bundan əlavə, hökumət Yaponiyanın “Jaika” şirkətinin apardığı tədqiqatların nəticələri əsasında Yeqvard su anbarının tikintisi imkanlarını müzakirə edir. Hökumət həmçinin Araqatsotn bölgəsində Selav-Mastara su anbarının mümkün tikintisi ilə bağlı Avropa İnkişaf Bankı ilə danışıqlar aparır.

Bundan əlavə, Ermənistan hökuməti 31 tənzimləyici su anbarının tikintisini planlaşdırır, layihə-smeta işləri üzrə tenderlər artıq başa çatıb. Komitə ilin sonuna kimi onların tikintisinə başlamağa ümid edir.
Bundan başqa, Gevorgyan bildirib ki, 50-60 illik istismar müddətində heç vaxt təmir olunmayan və ciddi şəkildə yenidən təchiz olunmağa və təmirə ehtiyacı olan su anbarları da var.

Ermənistanın su ehtiyatları ilə bağlı tədarükü barədə xəbər biz tərəfdən ona görə daha çox həssaslıqla qarşılanır ki, bu ölkə on illərdir zəhərli tullantılar axıtdığı Araz və Oxçuçay digər su mənbələrindən indi də Azərbaycana qarşı digər məqsədlərlə istifadə edir. Təbii ki, söhbət razılaşdırılmadığı halda, su ehtiyatlarının mənimsənilməsindən gedir. Üstəlik, Ermənistan Türkiyəni də təhdid etməyə cəhd göstərir. Sözügedən məlumatda Türkiyə ilə Ermənistan arasında sərhəd rolunu oynayan Araz çayı bəzi ərazilərdə guya məcrasını dəyişib. O da bildirilir ki, Türkiyə Araz çayının təbii məcrasının bərpasında iştirak etmir.
Bundan əlavə, Ermənistan Türkiyə “Axuryan su anbarını qidalandıran çayların axınını kəsməkdə” ittiham olunur.

“Türkiyə tərəfi Araks çayının məcrasının bərpasında iştirak etmir. Bizim “Jrar” şirkətimiz Türkiyə tərəfi ilə müstəsna olaraq Axuryan su anbarının idarəçiliyi çərçivəsində işləyir”, – Gevorqyan bildirib.
Erməni tərəfin iddiasına görə, “Araz vadisində nəzarətsiz qum hasilatı nəticəsində çay məcrasını dəyişərək Ermənistan ərazisinə az qala 400 metr dərinliyə doğru irəliləyib”. Ekoloji və demarkasiya problemlərinin qarşısını almaq üçün hökumət bunun üçün bənd tikməklə çayın təbii məcrasını bərpa etmək qərarına gəlib. Bu məqsədlə təxminən 22,5 milyon dram (58 min dollar) vəsait ayrılıb.
Vaaqn Gevorqyan qeyd edib ki, Araks çayının məcrasının bərpası üzrə layihə-smeta işləri başa çatıb. Tikintiyə bu il başlanacaq.

Axuryan su anbarının Türkiyə tərəfi ilə birgə idarə olunmasına gəlincə, Su Komitəsinin sədri bildirib ki, hələ sovet illərində imzalanmış dövlətlərarası müqaviləyə uyğun olaraq, hər il Türkiyə tərəfi ilə su ehtiyatlarının paylanması və istifadəsi ilə bağlı bir neçə görüş keçirilir. su anbarının ehtiyatları 50/50 əsasında bölünür.

“Ancaq bir “amma” var. Axuryan su anbarının gələcəyi hazırda qeyri-müəyyəndir. Məsələ burasındadır ki, Türkiyə öz ərazisində bir neçə su anbarı tikir ki, bunun da nəticəsində Türkiyədən keçərək Axuryan su anbarına axan çaylar dayazlaşa, hətta tamamilə quruya bilər”-erməni rəsmi iddiasını davam etdirib.
Türkiyə ərazisində yeni su anbarlarının istismarı nəticəsində 1963-cü ildən qüvvədə olan prosedurun dəyişdirilə biləcəyi və yaxud Türkiyənin Axuryan su anbarının ehtiyatlarından istifadədən imtina edib-etməyəcəyi ilə bağlı yerli medianın sualına cavabında erməni rəsmi “Sərəncamın dəyişdiriləcəyini düşünmürəm. Məni narahat edən yeganə şey Axuryan su anbarında suyun səviyyəsinin azalmasıdır”- deyib.

İstisna deyil ki, Ermənistanın su ehtiyatlarını işğal layihəsinə və yersiz ittihamlarına həm Türkiyə, həm də Azərbaycandan lazımi cavab hərəkətləri olacaq.Musavat.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90