image-rt-reklam
image-ermeni_qadin_esgerbackend

Ermənistanda qalmaqal: Qadın batalyonunda nə baş verib?

image-728x90

Ermənistan Müdafiə Nazirliyi İrəvanda qadın batalyonunda baş verən insidentlə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib.

Ulusal.az xəbər verir ki, nazirlikdən hadisə ilə bağlı mətbuatın sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 23-də hərbi hissələrdən birinin müqaviləli əsgəri cinayət barədə hərbi polisə məlumat verib. Hesabat istintaq orqanlarına göndərilib.

Bundan əvvəl “shamshyan.com”a bir qadın əsgər yuxarıların onlarla pis rəftar etdiyini, hamilə qadınların gülləkeçirməz jiletlərdə qaçmağa məcbur edildiyini, hərbi polisin şikayətlərə cavab vermədiyini bildirmişdi.

KİV-in məlumatına görə, hərbi qulluqçulardan biri Müdafiə Nazirliyinə getmək və baş verənləri bildirmək üçün öz bölməsini tərk edib, lakin yolda hərbi polis tərəfindən saxlanılıb.publika.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90