image-rt-reklam
image-1backend

Ermənistanda “itən” 17 min “Kalaşnikov” terrorçuların əlində – ŞOK FAKTLAR

image-728x90

Husilərə, “Hizbullah”a və ya HƏMAS-a silahların tədarükü daha uyğundur, çünki…
Ermənistanın daxili işlər naziri Vahe Qazaryanın sözlərinə görə, cəbbəxanalarda 17 min avtomat yoxa çıxıb. “Eureporter” xəbər verir ki, söhbət Rusiya istehsalı olan “Kalaşnikov” avtomatlarından gedir. Qazaryanın sözlərinə görə, silahlar 2020-ci ilin sonunda – Azərbaycan Ermənistanın işğal etdiyi Qarabağ bölgəsinin böyük hissəsini azad edəndən – 44 günlük müharibədən sonra yoxa çıxıb. Silahlar müharibə zamanı itməyib, bu, müharibədən sonra baş verib. Qazaryan həmçinin qeyd edib ki, o, “silah və sursatla bağlı məsələdən narahatdır”, çünki bunun “regional təhlükəsizlik və sabitlik üçün potensial nəticələri” ola bilər.

“Bu rəqəmi başa düşmək çətindir – 17000. Təsəvvür edin – bu, üç yarım piyada briqadasını silahlandırmaq üçün kifayət qədər silahdır! Bütün Ermənistan ordusu 65 min nəfərdən ibarətdir – ona görə də çatışmayan silahlar onun şəxsi heyətinin dörddə birinə bəs edərdi. Əgər onlar düzgün qablaşdırılarsa, bu, 1400-dən çox böyük və ağır qutu olacaq ki, bunu da hərəkət etmək üçün 10-dan çox hərbi yük maşını aparacaq”, – deyə nəşr yazıb.

“Əgər silahlar yerli əhali tərəfindən oğurlansa, hər hansı bir vətəndaş üsyanı qanlı iğtişaşa çevriləcək və dövləti çökdürəcək. Amma Ermənistandakı siyasi vəziyyəti və silahlı üsyana çevrilməyən təkrar-təkrar kütləvi etirazları nəzərə alsaq, yəqin ki, silahlar artıq ölkədə yoxdur. Ermənistan boyda bir ölkədə 17 min avtomatı gizlətmək çətin olardı. Bu silahlar indi haradadır? Onlar qətiyyən Türkiyə, Gürcüstan və Azərbaycan sərhədlərindən keçərək Ermənistandan çıxmayıblar. Planetin istənilən yerindən silah almaqda çox maraqlı olan bircə qonşu ölkə var – İran. Tehran müxtəlif terror təşkilatlarının əsas dəstəkçisi kimi onları müntəzəm olaraq yüngül və ağır silahlarla təmin edir” – nəşr vurğulayıb.

“Rusiya istehsalı olan avtomatlar əlavə dəyərə malikdir. Husilərə, “Hizbullah”a və ya HƏMAS-a Rusiya istehsalı olan silahların tədarükü daha məqsədəuyğundur – heç kim onların haradan gəldiyini dəqiq bilmir, çünki Rusiya işarələri bir çox yerdə tapıla bilər. Bu gün İran-Rusiya oxunun mühüm hissəsi olan Ermənistan İrəvanın sanksiyalardan yan keçməsində canfəşanlıq göstərdiyinə görə bu cür silahların əldə oluna biləcəyi yerdir. Təsəvvür edin ki, 2020-ci ildən bəri Ermənistanın hərbi anbarlarından “itkin düşən” Kalaşnikov avtomatları HƏMAS-a çatmış ola bilər və İsraildə 7 oktyabr qırğınında istifadə oluna bilər”, – deyə qeyd olunub.

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov bu silahlardan nə vaxtsa haradasa istifadə olunacağını ehtimal edir: “Ermənistan silah və narkotik qaçaqmalçılığında öndə gedən ölkələrdəndir. Hər il bu ölkə üzərindən böyük həcmlərdə silah-sursat və narkotik daşınır. 2020-ci ildə 44 günlük müharibədən sonra 17000 ”Kalaşnikov” avtomatının yoxa çıxması hər il Ermənistan üzərindən daşınan və Ermənistanın da birbaşa iştirak etdiyi qanunsuz silah ticarətinin aşkar olunun bir faktıdır. Heç şübhəsiz ki, bu silahlar İran vasitəsilə HƏMAS, “Hizbullah”, ASALA kimi təşkilatlara çatdırılıb. Ermənistan İranın qanunsuz silah ticarətinin tərəfdaşı olaraq illərlə eyni tranzit xətti ilə terrorçuları silah-sursatla təmin edir. 17 min “Kalaşnikov” avtomat silahını Ermənistan sərhədindən çıxarmaq silah alverçilərinin bacara biləcəyi iş deyil. Bu silahların çıxarılması dövlət səviyyəsində həyata keçirilib və çatdırılacaq ünvanı da çox yaxşı bilirlər. Bu, beynəlxalq cinayətdir. Silahlara nəzarət hər bir dövlətin üzərinə hüquqi məsuliyyət qoyur. Külli miqdarda avtomatın yoxa çıxması versiyasını ortaya atmaq məsuliyyətdən yayınma cəhdidir. Hesab edirəm ki, beynəlxalq qurumlar bu məsələni diqqətlə araşdırmalı və Ermənistanı ciddi şəkildə cəzalandırmalıdır. Silahlar alınıb-satılıbsa, ondan suvenir kimi istifadə edilmir. 17000 avtomat böyük və real təhlükələr yaradır. Harada olsa bu silahlar işlənəcək, minlərlə insanın həyatına son qoyacaq. Məncə, Azərbaycan da bu faktın araşdırılmasına və Ermənistanın cəzalandırılmasına təkid etməlidir. O da sirr deyil ki, Rusiyaya tətbiq olunan beynəlxalq sanksiyalardan yayınmasına, silah ixracına Ermənistan kömək edir. Üzdə guya Moskva ilə gərginlikdə olduğunu nümayiş etdirən İrəvan əslində sıx əməkdaşlıq içərisindədir və Rusiyanın maraqlarını təmin edir. Özü silah-sursatı Şimalı Koreyadan, Çindən, İrandan tədarük edən Rusiya bu gün Ermənistana silah satır. Paradoks deyilmi? Bu silahların çoxu Ermənistanda “it-bata” düşür, yoxa çıxır. Ancaq həmin silahlar xaricə çıxarılır, adını da itmiş silahlar qoyurlar. Qərbin davranışları heyrət doğurur. Azərbaycanı Rusiya ilə yaxınlaşmada suçlayan və buna görə əsassız sıxışdıran Qərb faktiki olaraq Rusiyanın sanksiyalardan yayınmasında birbaşa iştirak edən Ermənistanı müdafiə edir. Belə yanaşmalar Qərb və Qərb institutlarını da nüfuzdan və etibardan salır”.

Hərbi ekspert Səxavət Məmməd bunu rəqəmin kifayət qədər böyük olduğunu qeyd etdi: “Müharibə zamanı Azərbaycan tərəfinə qənimətlər qaldı. Ancaq rəsmi açıqlanan rəqəmlər onu deməyə əsas verir ki, Ermənistan ordusunun silah anbarlarından yoxa çıxan 17 min avtomatın müharibə ilə əlaqəsi yoxdur. Çünki Azərbaycan tərəfinin əlinə keçən avtomatların sayı ölən erməni əsgərlərinin sayından azdır. Rəsmi İrəvan özü də etiraf edir ki, silahlar müharibədən sonra yoxa çıxıb. Onu da qeyd etmək lazımdır ki, erməni tərəfi mülki əhaliyə də silah paylamışdı. Həmin o silahların bir hissəsi mülki ermənilərdə ola bilər. Ancaq bu çox az faizidir. Müharibələr zamanı silahların yoxa çıxması mümkün variantdır. Bunu ya hansısa qruplar ələ keçirir, ya da komandirlər satırlar. Ermənistan daxilində ola bilsin siyasi vəziyyəti nəzərə alıb, düşünürlər ki, silahlar xaricə çıxarılıb. Hesab edirəm ki, bu silahların bir qismi elə Ermənistanda qala bilər. Çünki Ermənistanda terror aktları dəfələrlə olub, yenə olmayacağına kimsə qarantiya edə bilməz. Silahların İran vasitəsi ilə başqa ölkələrə, terror qruplarına satılma versiyası da mümkündür. Ancaq o silahların HƏMAS-a ötürülməsi bir qədər mümkün görünmür. Çünki HƏMAS-ın istifadə etdiyi atıcı silahlar Rusiya istehsalı olan “Kalaşnikov” deyil. Biz əvvəllər terror qruplarının əlində “Kalaşnikov” görməyə alışmışdıq, HƏMAS istisna oldu. Əgər o silahlar İran vasitəsi ilə satılıbsa, Husilərin, “Hizbullah”ın, yaxud Suriyadakı, İraqdakı terror qruplarının əlinə keçə bilər. Ermənistan silahların Ermənistanda olmamasını deyərək özünü sığortalaya da bilər. İddialar var idi ki, Ermənistan daxilində muzdlu döyüşçülər hazırlanır. Hətta bu döyüşçüləri fransız konstruktorların hazırlaması barədə xarici mediada informasiyalar da çıxmışdı. Ona görə də Ermənistanın iz azdırma ehtimalını da nəzərdə saxlamalıyıq. Onu da nəzərə almalıyıq ki, Ermənistanın özünün terrorla birbaşa bağlılığı var. Hətta zaman-zaman Türkiyə mediasında PKK-nın Ermənistanda, Azərbaycanın işğal edilmiş ərazilərində kampları olub və orda təlimlər keçirilib. Ona görə də Ermənistanın silahlar xaricə çıxarılıb deməsi inandırıcı gəlmir. Bundan əlavə, söhbət 17-dən silahdan getmir, 17 min silahdan gedir. 17 min silahı yerdəki hansısa komandirlər sata bilməz. Bu böyük bir işdir. Bununla bağlı hansı cinayət işi açılıb? Kimlər məsuliyyətə cəlb olunub? Ermənistan mediasında bu tip informasiyaya rast gəlməmişik. Hesab edirəm ki, bu silahların hara getdiyini, nə üçün istifadə olunacağını elə Ermənistan tərəfi özü yaxşı bilir”.“Yeni Müsavat”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90