image-rt-reklam
image-1backend

“Ermənistanda insanların Rusiyaya qarşı beyinlərini yuyurlar”- Zatulin

image-728x90

“2021-ci ildə erməni müxalifəti dəstək üçün Rusiya Federasiyasına üz tutub”.

Ulusal.az  teleqram kanallarına istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin birinci vitse-prezidenti Konstantin Zatulin “Moskva danışır” radiostansiyasının efirində bildirib.

Zatulin deyib ki, Rusiya tərəfi bundan imtina etdi, çünki hakimiyyət dəyişikliyi 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannaməyə təsir edə və yeni müharibəyə səbəb ola bilərdi.

O həmçinin əlavə edib ki, hazırda Ermənistanda Rusiyaya ictimai dəstək zəifləyib və buna səbəb Ermənistanda səhərdən axşama kimi internetdə, televiziyada və s. insanların Rusiya Federasiyasına qarşı beyinlərinin yuyulmasıdır.Musavat.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90