image-2000x150
image-777backend

Ermənistanda hərbi çevriliş cəhdi? –korpus komandiri həbs olunub

image-728x90

Ermənistan Milli Təhlükəsizlik Xidməti dünən İrəvanda əməliyyat keçirib. Əməliyyat zamanı Ermənistan Müdafiə Nazirliyinin III Korpus komandiri, general-mayor Qriqori Xaçaturov saxlanılıb.

Erməni mediasının məlumatına görə, Xaçaturovun saxlanılması ilə bağlı rəsmi qurumlar konkret səbəb göstərməyiblər. Lakin onlar özəl mənbələrə istinadən bildiriblər ki, generalın saxlanılmasının səbəbi onun hərbi çevriliş etmək cəhdi ilə bağlıdır. Belə ki, korpus komandiri bu günlərdə Ermənistanda hərbi çevriliş edərək, Nikol Paşinyanı devirməyə cəhd göstərib.

Bildirək ki, Xaçaturovun rəhbəri olduğu korpusda bir müddət əvvəl 15 əsgərin ölməsi faktı qeydə alınıb. Həmin hadisə Azərbaycanla sərhəddə yerləşən korpusun hərbi hissələrindən birində baş verib. Köhnə daxmada yerləşmiş hərbçilər yanğın zamanı ölmüşdülər. Bu hadisədən sonra general və zabit heyətinin bir qismi vəzifəsindən azad edilmişdi.

Bundan başqa, Qriqori Xaçaturov KTMT-nin keçmiş baş katibi (2017-2018), Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi (2008-2016) Yuri Xaçaturovun oğludur. Yuri Xaçaturov da bir müddət əvvəl həbs olunmuşdu. O, korrpusiyada ittiham edilirdi. Eyni zamanda, ata Xaçaturov Rusiya prezidenti Vladimir Putinin yaxın adamlarından biri hesab olunurdu. Hətta həbs olunan vaxt Putinin onun azadlığa buraxılması üçün baş nazir Nikol Paşinyandan xahiş etdiyinə dair iddialar da var.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90