image-rt-reklam
image-1backend

Ermənistanda fövqəladə vəziyyət: polis qüvvələri hərəkətə keçdi, təxliyə başladıldı

image-728x90

Ermənistan polisinə Şirak hava limanına bomba qoyulması barədə məlumat daxil olub.

Ulusal.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”-a ölkənin Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan məlumat verib.

“Hazırda polis qüvvələri hadisə yerindədir, eyni zamanda, hava limanının ərazisi mühasirəyə alınıb”, – deyə Sarkisyan bildirib.

Shamshyan.com cinayət xronikası saytının məlumatına görə, hava limanının əməkdaşları təxliyə edilib. Hazırda hadisə yerində Ermənistan Daxili İşlər Nazirliyinin Gümrü Xilasetmə Xidmətinin yanğınsöndürənləri və istehkamları işləyir.

Faktla bağlı Gümrü polisi müvafiq materiallar hazırlayır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90